Yüksək inflyasiyanın səbəbi avroya keçiddir – Plenkoviç

35

2022-ci ildə ölkədə qiymət artımı 13%-i ötüb.
Elchi.az xəbər verir ki, Xorvatiyanın baş naziri Andrey Plenkoviç ölkədə 2022-ci ildə inflyasiyanın 13%-ə çatmasını avronun qəbulu ilə əlaqələndirib. Müvafiq bəyanat 23 yanvar 2023-cü il bazar ertəsi Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə keçirilən görüşdən sonra keçirilən mətbuat konfransında verilib.
“Xorvatiyada iqtisadi qurumların bir hissəsi, mən vurğulayıram ki, bəziləri avroya keçiddən qiymətləri lüzumsuz şəkildə “yuvarlaqlaşdırmaq” üçün istifadə ediblər. Beləliklə, onlar Xorvatiya istehlakçılarına, Xorvatiya vətəndaşlarına birbaşa ziyan vururlar”.
Onun sözlərinə görə, Xorvatiya hökuməti kunadan avroya keçidin ölkə sakinlərinə zərər vurmaması üçün tədbirlər görür.
Xatırladaq ki, ötən həftə Avropa Komissiyası Xorvatiyanın avroya keçidinin uğurla başa çatdığını elan etmişdi. Açıqlamada qeyd edildiyi kimi, avronun və ölkənin keçmiş milli valyutasının ikili dövriyyəsinin son günlərində demək olar ki, bütün ödənişlər Avropa valyutası ilə həyata keçirilib.

Şayəstə