Şimali Koreya şərq sahillərindən bir neçə qanadlı raket buraxıb.
Elchi.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.
Onun məlumatına görə, buraxılış yerli vaxtla saat 08:00-da ehtimal ki, Sinpo liman şəhəri ərazisindən Yapon dənizi istiqamətində həyata keçirilib.
Yonhap xəbər verir ki, Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və KXDR-in hərəkətlərini izləyən “öz hərəkətlərini ABŞ-la yaxından əlaqələndirdiyini” qeyd edib.
Nuranə Məmmədova