"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yol hərəkəti qaydaları dəyişdi

23 Yanvar 2015 - 18:37
in XƏBƏR LENTİ
FacebookVatsap
img1730205“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununa və İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliklər edilməsi nəzərdə tutulur.
Milli Məclisdən verilən məlumata görə, “Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsinin 3-cü bəndinə ediləcək dəyişikliyə görə, inzibati cərimənin ödənilməsi üçün cərimə bildiriş blanklarını özündə saxlamaq yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşının vəzifələri sırasından çıxarılır. Həmin maddənin redaktə edilmiş 6.1-ci bəndinə əsasən, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib edərək dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirməlidir.
Maddəyə əlavə edilmiş 6.2-ci bəndə görə isə inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verməlidir.
Qanunun 85-ci maddəsinin 2.1-ci bəndinə edilən dəyişikliyə görə, bundan sonra yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının və ya yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulduğu xüsusi texniki vaxitələrdən istifadə etməklə müəyyən olunduqda həmin sürücüdən nəqliyyat vasitəsini dayandırmağı tələb edə bilməyəcək.
Həmin maddənin 5-ci bəndi isə ümumiyyətlə ləğv edilir. Həmin bəndə görə, nəqliyyat vasitəsini idarə edən şəxs müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşdıqda yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı sürətölçənin göstəricisi və pozuntunun baş verdiyi tarix barədə ölçmə cihazının göstəricilərinin uçotu kitabında müvafiq qeyd aparırdı (əgər sürücü müəyyən edilmiş hərəkət sürətinin həddini saatda 10 kilometrdən çox aşaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının dayanmaq tələbini yerinə yetirməkdən boyun qaçırıbsa, onu məsuliyyətə cəlb etmək üçün pozuntunun yeri və tarixi, sürətölçənin göstəricisi, nəqliyyat vasitəsinin markası, rəngi və qeydiyyat nişanı göstərilməklə, bu barədə tərtib olunmuş raportu nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçota alındığı yerə göndərirdi).
Bundan başqa, 85-ci maddənin 10-cu bəndi yeni redaksiyada veriləcək. Dəyişikliyə əsasən, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanı əməkdaşı bu qanunun 52-ci maddəsinin dördüncü və altıncı hissələrində nəzərdə tutulmuş dayanma və durma qaydalarını pozmuş sürücü nəqliyyat vasitəsinin yanında deyilsə, İXM-in 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və nəqliyyat vasitəsini mühafizə edilən duracağa göndərəcək. Belə sürücü nəqliyyat vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə edilən duracağa aparılması mümkün olmadığı hallarda İXM-in 429-5.6-cı maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edəcək və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə qoyacaq.
Həmin maddənin 13-cü bəndi də dəyişdiriləcək. Dəyişikliklərə görə, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili) sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün müvafiq icra hakimiyyəti orqanının əməkdaşı dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.
Milli Məclis tərəfindən həmçinin qanunun 85-1-ci (Yol hərəkəti qaydaları pozuntusunun aşkar edilməsi və məsuliyyətə cəlb etmə qaydası) maddəsinin adı və mətninin ümumiyyətlə ləğv edilməsi nəzərdə tutulur. Dəyişikliklərdən sonra 85-1-ci maddə “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraat” adlanacaq. Yeni redaksiyada veriləcək maddəyə görə, yol hərəkəti qaydaları əleyhinə olan xətalar haqqında işlər üzrə icraat İXM ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
İXM-in 429-5-ci (İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası) maddəsinə ediləcək əlavəyə görə, bu Məcəlləsinin 429-5.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Məcəllənin 429-6.2.2-ci (İnzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırma) maddəsinə edilən əlavəyə görə, nəqliyyat vasitəsinin istifadəçisinin mobil telefon nömrəsinə göndərilən SMS-də digər məlumatlarla yanaşı, onun inzibati xətanı törətdiyi vaxt barədə məlumat da yer alacaq.
İXM-in 452-ci (İnzibati cərimənin edilməsi haqqında qərarın icrası) maddəsinə edilən əlavədə isə qeyd edilir ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərəcək (“Trend”).

 

Bunu da oxuyun

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Previous Post

Yol hərəkəti qaydaları dəyişdi

Next Post

Daxili işlər naziri Ramil Usubov əməliyyat müşavirəsi keçirib

Bənzər yazılar

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13

Qlobal informasiya məkanında reklam çoxaldıqca həqiqətə ayrılan yer daha da kiçilir. Reklamın strateji hədəfi isə şərti alıcı tərəfindən qəbul olunacaq...

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

Şərqşünaslığın Səadət nümunəsi – Səadət Şıxıyeva

29 İyul 2026 - 00:23

Bir alimin elmdə qoyduğu iz onun akademik ağırlığını göstərir. Azərbaycan elmində Səadət xanımın elmi yaradıcılığı haqqında çox adamın məlumatı var....

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

29 İyul 2026 - 00:16

Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir Şəhid atasından Prezident İlham Əliyev və Birinci...

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan və Efiopiya parlamentləri arasında əlaqələr müzakirə olunub

29 İyul 2026 - 00:15

Milli Məclisin sədri Sahibə Qafarova Efiopiyaya rəsmi səfəri çərçivəsində iyulun 28-də bu ölkənin Xalq Nümayəndələri Palatasının sədri Taqasse Çaffo ilə...

Next Post

Daxili işlər naziri Ramil Usubov əməliyyat müşavirəsi keçirib

Daxili işlər naziri Ramil Usubov əməliyyat müşavirəsi keçirib

Son xəbərlər

Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

Qeyri-neft sektoru üzrə ixrac 16,9% artıb

29 İyul 2026 - 16:27
Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

Medianın İnkişafı Agentliyi və BMTM yenidən təşkil olunur – SƏRƏNCAM

29 İyul 2026 - 16:15
Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

Yol hərəkəti ilə bağlı bəzi qanunlarda dəyişiklik ediləcək

29 İyul 2026 - 16:06
Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00
Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

Azərbaycanın ən çox ziyarət edilən qoruq və muzeyləri açıqlandı

29 İyul 2026 - 15:53
Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Qarabağ Universitetində təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

29 İyul 2026 - 15:30
Əhali kartla daha çox ödəniş edir

Əhali kartla daha çox ödəniş edir

29 İyul 2026 - 15:14
Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

Süni intellekt məhsulu olan müxtəlif formatlı materiallar emosional manipulyasiyalar üçün istifadə edilir – ŞƏRH

29 İyul 2026 - 15:13
BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

BMT-dən yeni epidemiya təhlükəsi barədə XƏBƏRDARLIQ

29 İyul 2026 - 15:00
Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

Mənzil alanların diqqətinə: Çıxarışdakı kvadratmetr niyə az görünür?

29 İyul 2026 - 14:52
Dənizdə batan 4 nəfər AXTARILIR

Dənizdə batan 4 nəfər AXTARILIR

29 İyul 2026 - 14:45
Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

Bakıda 2 avtobusun marşrut xətti dəyişdirilir

29 İyul 2026 - 14:36
ÇL: Bu gün daha 8 oyun var

ÇL: Bu gün daha 8 oyun var

29 İyul 2026 - 14:27
Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

Tək oğullara hərbi xidmətdə hansı güzəştlər veriləcək?

29 İyul 2026 - 14:18
“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

“Ukrayna İrandan QİSAS ALIR!” – Sıradakı hədəf hansı ölkədir?

29 İyul 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.