Yeni Zelandiya 2025-ci ilə qədər kommunal sənaye müəssisələrindən kömür qazanlarını yığışdıracaq

106

Elchi.az xəbər verir ki,Yeni Zelandiya hökuməti istixana qazı emissiyalarını azaltmaq üçün 2025-ci ilə qədər xəstəxana və universitetlər kimi xidmət sənayesi müəssisələrində kömür qazanlarının istifadəsinə son verəcəyini açıqlayıb.
Yeni Zelandiya İqlim Dəyişikliyi Nazirliyi açıqlamasında bildirib ki,  tətbiqin həyata keçirilməsi xəstəxanalar və dövlət idarələrində emissiyaların azaldılmasını sürətləndirmək üçün yeni planların bir hissəsidir.
Bildirilib ki, hökumət yeni plan çərçivəsində ümumilikdə 38 layihəyə 78 milyon Yeni Zelandiya dolları  xərcləyəcək.
İqlim Dəyişiklikləri Naziri Ceyms Şou deyib: “Artıq xəstəxanalarımızda və universitetlərimizdə çirkləndirici və qeyri-sağlam kömür qazanlarına son qoyacağıq. Bu o deməkdir ki, xəstələr təmiz enerji ilə işləyən xəstəxanalarda müalicə olunacaq, səhiyyə işçilərimiz və tələbələrimiz  daha təmiz havası olan yerdə çalışacaqlar”.

Nuranə Məmmədova