Azərbaycan Respublikası “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi 2005-ci ilin avqust ayında dövlət qeydiyyatına alınıb.2014-cü ilin yanvar ayından etibarən bu təşkilata Mahirə xanım Əsədova rəhbərlik edir. Mahirə xanımın rəhbərlik etdiyi qısa müddətdə “Yeni Yurd” yaddaqalan layihələrə imza atıb,tədbirlər keçirib.Buna misal olaraq, Çanaqqala savaşının qurbanları və Azərbaycanın istiqlal savaşından bəhs edən “Torpaq,uğrunda ölən varsa,Vətəndir!” sənədli filmini misal göstərmək olar.Xatırlatmaq yerinə düşər ki,filmin çəkilişləri qardaş ölkə olan Türkiyə və Azərbaycanda aparılıb.Bundan başqa, Dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı “Alov qüllələri” kompleksində keçirilən ədəbi-bədii gecəni, Türkiyədən gələn hörmətli qonaqlarla birgə Quba Soyqırımı Məzarlığına ziyarət və Ağdam bölgəsindəki “N”saylı hərbi hissənin şəxsi heyətilə görüş də yaddaşlardan uzun müddət silinməyəcək.”Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd”ictimai birliklərinin mütəmadi olaraq birgə tədbirlər keçirməsi,habelə,cəbhə bölgələrinə səfərlər də daim maraqla qarşılanır.
Martın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu ilə birgə təşkil olunan və 8 mart-Beynəlxalq Qadınlar gününə həsr olunan tədbir,bu baxımdan çox önəmlidir.
Tədbir zamanı Akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəylinin “Yeni Yurd” Sosial İnkişaf birliyinin ünvanına səsləndirdiyi xoş sözlər, Birliyin sədri Mahirə xanım Əsədovanın çəkdiyi əziyyətlərin bəhrəsidir.
Əminəm ki, qarşıda “Yeni Yurd”ictimai birliyini daha böyük uğurlar gözləyir.
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi”nin sədri