"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Yeni ili Azərbaycan otellərində qarşılamaq neçəyədir…

27 Noyabr 2015 - 09:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Azərbaycanın regionlarındakı lüks otellər və turizm obyektləri Yeni il şənlikləri üçün qiymətləri açıqlayıblar.

Qiymətlərlə ilkin tanışlıq göstərir ki, son vaxtlar tez-tez səslənən neftin ucuzlaşması, gəlirlərin azalması, iqtisadi aktivliyin aşağı düşməsi, xərclərə qənaət kimi məsələlər Yeni il şənliklərinə qətiyyən təsir etməyib. Belə ki, 2016-cı ili qarşılamaq qiymətləri əvvəlki kimi çox yüksəkdir.

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

Amma maraqlıdır ki, bu qiymətlər sifarişçiləri qorxutmayıb – bəzi otellərdə Yeni il şənliklərinə biletlər artıq satılıb qurtarıb. Qeyd edək ki, bu il Yeni il şənliyi təşkil olunan otellər daha çox Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən otellərdir.

Qəbələ Azərbaycanın ən çox otel olan bölgəsi olsa da burada Yeni il şənliyi üçün yer tapmaq çətin olacaq. Belə ki, rayondakı “Qafqaz Riverside Hotel”, “Qafqaz Tufandağ”, “Qafqaz Sport Hotel”, “Qafqaz Resort” da Yeni il şənliyi üçün yerlər tamamilə tutulub.

Məlumat üçün deyək ki, həmin otellərdə iki nəfər üçün minimum iki gecə qalmaqla səhər yeməyi və Yeni il şənliyi daxil olmaqla qiymətlər 420-480 manat arasında idi.

Qəbələdə hələ də rezerv etdirə biləcəyiniz Yeni il şənliyi olan yalnız bir otel qalıb. Bu, “Qafqaz Karvansaray Hotel”idir. Bu oteldə də eyni şərtlərlə iki nəfər üçün qiymət 410 manatdır.

Yeni il günləri Qəbələdə daha iki oteldə qalmaq olar, lakin orada Yeni il şənliyi təşkil olunmayacaq. Bunlar “Qafqaz Yeddi Gözəl” və “Qafqaz Termal Hotel and Spa”dır.

Bu otellərdə bir adamın səhər yeməyi daxil olmaqla bir gecəlik qalmağı üçün qiymətlər 70 və 80 manatdır.

Qış turizmi üçün ölkədaxili məşhur məkanlardan biri də Qusarda, Şahdağda yerləşən otellərdir.

Burada istirahət edə biləcəyiniz 4 otel var. Amma bu otellərin birində – məşhur “Şahdağ”da yerlər artıq tutulub. Qeyd edək ki, bu oteldə Yeni ili qarşılamaq müştərilərə 940 manata başa gələcək. Bura dekabrın 30-dan yanvarın 4-dək “Şahdağ”da gecələmək, gündə iki dəfə yemək və Yeni il gecəsi qala şam yeməyi daxildir.

Doğrudur, həmin müddət ərzində oteldə gündə iki dəfə yemək daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 240 manatdır. Amma bir şərtlə ki, 31 dekabr gününü oteldə olmayasınız. Üstəlik bura Yeni il gecəsində təşkil olunan qala şam yeməyi də aid deyil. Qısası, bütün bu şərtləri nəzərə alsaq, oteldə boş yerlərin qalmamasına təəssüflənməyinə dəyməz.

Eyni bölgədə yerləşən “Zirvə Hoteli”ndə dekabrın 30-dan yanvarın 4-dək gündə iki dəfə qidalanma daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 190 manatdır.

Bu paketə dekabrın 31-i daxil deyil, yəni həmin gün böyük qala yeməyində və Yeni il şənliyində iştirak edə bilməzsiniz. Ayrıca Yeni il şənliyi üçün nəzərdə tutulan paketin qiyməti 340 manatdır, lakin bir günlük paket almaq otel tərəfindən qadağan olunub.

Nəticədə Yeni ili oteldə keçirmək istəyənlər 3 gecəlik istirahət paketi almalıdır. Bütün bunları nəzərdə tutan tam paketin qiyməti 720 manatdır. Bu paketə də spirtli içkilər, tam qidalanma və şənlik gecəsi üçün dəvət olunmuş DJ daxildir.

Qusarın digər məşhur otellərinin birində – “Pik Palace”də istirahət etmək üçün minimum 4 gecə müddətinə otaq götürməlisiniz.

Səhər yeməyi də daxil olan iki nəfərlik otağın qiyməti 282 manatdan başlayır. İstirahətinizi Yeni il ərəfəsinə salsanız, Yeni il şənliyində də iştirak etmək üçün Yeni il paketini almalısınız. Paketin qiyməti bir nəfər üçün 370 manatdır. Qeyd olunan 282 manat balkonsuz otaqlar tutulduğundan siz gecəsi 302 manat olan balkonlu oraqları götürə bilərsiniz. Ümumi hesablasaq, hazırda burada ən aşağı qiymət 3 gecə qalmaqla və Yeni il şənliyi ilə birlikdə iki nəfər üçün 1586 manatdır. Şənliyə Tünzalə Ağayevanın solo konserti, “Jazzberry” musiqi qrupu və Camal Eminli, rəqs qruplarının çıxışları, yarışmalar, atəşfəşanlıq və Ukraynadan dəvət edilən DJ Anastasiya Feldmanın çıxışları daxildir.

Qusarda yerləşən “Park Chalet” sırf dağ oteli stilində tikilmiş isitrahət mərkəzidir.

İsti tonlarda dizayn edilmiş taxta otaqlar bu oteli eyni regionda yerləşən digərlər otellərdən fərqləndirir.

Burada iki nəfərlik otaqlar 250 manatdan başlayır, burada da istirahət etmək üçün minimum 4 gecəni məşğul etmək lazımdır. Səhər yeməyi də daxildir. Yeni il şənliyində iştirak etmək üçün əlavə olaraq 170 manat ödəməlisiniz.

Gecədə DJ-lər, müğənni Diana çıxış edəcəklər. Qeyd edək ki, 7 yaşa qədər uşaqlar pulsuz, 7-10 yaşa qədər olan uşaqlar 30 manat əlavə ödəməlidir. Otellə razılaşdırılmış şəkildə burada da 3 gecə qalmaq mümkündür, ümumi hesablasaq, Yeni şənliyi ilə birlikdə paket 1090 manata başa gəlir.

Şimal bölgəsinin digər dəbdəbəli oteli “Quba Rixos” hazırda sosial şəbəkələrdə Yeni il şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyası keçirir.

Otel elan edib ki, dekabrın 1-dək olan alışlarda 20% endirim olacaq. Ayın 1-dən sonra isə qiymətlər artacaq. Bütün məsələləri – həm oteldə gecələmə, həm qidalanma, həm də Yeni il şənliyini nəzərə alanda 2 nəfər üçün minimum 3 gecəlik Yeni il paketinin qiyməti 1359 manatdır. Dekabrın 1-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq.

“Samaxi Palace Sharadil”də Yeni il üçün minimum 2 gecəlik yer rezerv etdirməlisiniz.

Bu oteldə qalacağınız günlərin sayı artarsa, otaqların qiyməti düşür. Məsələn, bir gecəlik qiymət 368 manatdırsa, 3 gecə qalarsa, gecəsinə 270 manat, 4 gecə qalarsa – 240 manat, 5 gecəyə isə 210 manat hesablanıb. Səhər və axşam yeməyi daxil, həmçinin Yeni il şənliyi daxil olmaqla iki nəfər üçün iki gecəlik ümumi qiymət 1096 manata başa gələcək.

Yuxarıdakı qiymətləri görüb ruhdan düşənlər Yeni ili Şəkidə qarşılaya bilərlər. Turizm.az şirkəti müştəriləri üçün Şəkidə yerləşən “Hotel Servis”də nəqliyyat, ekskursiyalar, tam qidalanma və yeni şənliyi daxil olmaqla 3 günlük tur təşkil olunub. Turun qiyməti bir nəfər üçün 155 manatdır.

Previous Post

Yeni ili Azərbaycan otellərində qarşılamaq neçəyədir…

Next Post

Əli Həsənovun anası vəfat edib

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Əli Həsənovun anası vəfat edib

Əli Həsənovun anası vəfat edib

Son xəbərlər

Merkeldən populizm təhlükəsi barədə XƏBƏRDARLIQ

Merkeldən populizm təhlükəsi barədə XƏBƏRDARLIQ

02 Noyabr 2026 - 13:00
Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq?

Özəl məktəblər geyim qaydaları tətbiq olunacaq?

02 Noyabr 2026 - 12:54
Azərbaycanda qaz istehlakı azalıb

Azərbaycanda qaz istehlakı azalıb

02 Noyabr 2026 - 12:48
Sabah 24 dərəcə isti olacaq

Sabah 24 dərəcə isti olacaq

02 Noyabr 2026 - 12:39
Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

Cənubi Koreya süni intellekt və yarımkeçiricilər sahələrinə investisiyaları ikiqat artıracaq

02 Noyabr 2026 - 12:28
Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

02 Noyabr 2026 - 12:20
Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

Elçin Əmirbəyov İsveçin ölkəmizdəki səfiri ilə görüşdü

02 Noyabr 2026 - 12:11
Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

Baş nazirin müavini: Ermənistan-Azərbaycan sərhədində fövqəladə delimitasiya işləri aparılacaq

02 Noyabr 2026 - 12:00
Azərbaycan sərhədindən narkotik keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb

Azərbaycan sərhədindən narkotik keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb

02 Noyabr 2026 - 11:45
Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə “açıq qapı günü” keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə “açıq qapı günü” keçirib

02 Noyabr 2026 - 11:27
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib

BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib

02 Noyabr 2026 - 10:50
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib – VİDEO

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib – VİDEO

02 Noyabr 2026 - 09:25
Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.