“Sinən sipər olubdur torpağna,daşına,
Cəsurları, ərləri toplamısan başına.
Hünərlə atılmısan, yurd, Vətən savaşına,
Yox canında zərrəcə ölüm-itim qorxusu-
Azərbaycan Ordusu!”
Azərbaycan Silahlı Qüvvələri xalqımızın ümid yerdir. 2015-ci il martın 3-də növbəti dəfə ön cəbhədə, zabit, gizir və əsgərlərlə görüş zamanı hissə və taborlarda maddi-texniki təminatın çox yüksək səviyyədə olduğunu gördüm,qürur duydum.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı
cənab İlham Əliyev
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında orduda aparılan islahatlar bizi qəlbən sevindirir. Biz itirdiyimiz torpaqları xalqımızın, ordumuzun gücüylə almaq istəyirik!
Buna görə də, Tele-radio məkanında meydan sulayan şou-proqramları azaltmağı, əvəzində Qəhrəman Şəhidlərimiz, qazilərimiz, veteranlarımız barədə silsilə verilişlər verilməsini təklif edirik.
Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” və “Yeni Yurd” Sosial İnkişaf ictimai birliklərinin belə bir tele-layihəsi var. Əminik ki, bu layihənin icra olunması xaqımızın əhval-ruhiyyəsini qaldıracaq, ürəklərində bütöv Azərbaycan görmək istəyən gənclər könüllü surətdə ordu sıralarına yollanmağa başlayacaqlar.
Bu günün şüarı:”Hər şey Vətən üçün,hər şey Qələbə naminə!”
Şamil Sabiroğlu,
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyinin icraçı direktoru, “Tərəqqi”medalının mükafatçısı,müharibə veteranı.