"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Yaralı gizirimiz qəfil erməni hücumundan danışdı: “Şoka düşmüşdüm…”

17 Sentyabr 2014 - 16:27
in MÖVQE
FacebookVatsap

Avqustun əvvəllərində cəbhə xəttində atəşkəsin pozulması nəticəsində yaralanaraq Ankara xəstəxanalarında yerləşdirilmiş Azərbaycan hərbçilərin müalicəsi davam edir.

Bunu da oxuyun

Tramp: İranla danışıqlar aparılmır

MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

64266_res_01-1Elchi.az xəbər verir ki, BBC-nin Azərbaycan xidmətinin əməkdaşı İlhamə Qasımlı Türkiyədə müalicə alan hərbçilərimizdən birinə baş çəkib və ermənilərin xain hücumunun necə baş verdiyinə dair bəzi təfərrüatları öyrənib.

23 yaşlı Elvin Əsgərov Atatürk Eyitim və Araştırma Xəstəxanasında bir aydan artıqdır müalicə alır. Onun durumu cəbhə xəttində yaralanmış hərbçilər arasında ən ağır durum kimi qiymətləndirildiyi üçün avqustun əvvəllərində ambulans təyyarə ilə Ankaraya gətirilmişdi.

Elvin iyulun 31-də gecə saatlarında Goranboy istiqamətində keçirilən döyüşlərdə ağır yaralanıb. O, həqiqi hərbi xidmətini başa vurandan sonra öz istəyi ilə manqa komandiri kimi müddətdən artıq hərbi xidmətə başlayıb.

“Səngər həyatı yaşamaq, o çətinliyi hiss eləmək istəyirdim. Ona görə də xidmətə ön cəbhəyə göndərilməyim üçün müraciət eləmişdim” – deyə Elvin əsgərlik həyatından sonra hərbçi olmaq istəyinin səbəbini bölüşüb.

O deyir ki, müraciətindən və müvafiq kurs keçdikdən sonra onu Goranboydakı döyüş nöqtələrindən birinə göndəriblər. 2013-cü ilin yanvarından yaralandığı günə qədər burada xidmət edib.

“Düşmən məndən 15 metr aralıqda idi. Düşmənin üzünü də gördüm. Təxminən 35-37 yaşında olardılar. Saqqalsız, amma bığlı idilər. Geyimləri bizim hərbi formadan seçilmirdi” – yaralı hərbçi qarşı tərəflə üz-üzə gəldiyi anı təsvir edir.

“Onların bizim tərəfdə olmasından sadəcə şoka düşmüşdüm. Əsgərlərim ermənilərlə təmas xəttini mühafizə edirdi. Amma mən gördüyüm ermənilər əsgərlərimin mühafizə etdiyi tərəfdən gəlməmişdilər. Meşə olduğu üçün meşənin içi ilə fırlanıb biz tərəfdən çıxmışdılar. Onların biz tərəfdə olmasına çaşıb qalmışdım. Şok halında onların üzünə baxırdım. Məni güllə ilə vuran erməni o birinin çiynindən tutub çökdürdü. Danışıqlarını eşitməsəm də belə anladım ki, ona “gizlən” əmri verir. Ola bilər ki, məni əsir kimi tutmaq, ya da posta hücum edib əsgərləri məhv etmək istəyirdilər. Qarşılarına çıxmağım planlarını alt-üst etdi. Onlar mənim onları görüb-görmədiyimə əmin deyildilər. Mənə baxaraq bunu dəqiqləşdirmək istəyirdilər. Bəlkə də düşünürdülər ki, bizi görməyibsə, bunu diri tutaq” – gizir Elvin Əsgərov döyüş öncəsi durumu xatırlayır.

Elvin deyir ki, erməni kəşfiyyatçılarının atdığı ilk güllə ona dəydikdən sonra posta tərəf qaçmağa başlayıb: “Öz ərazimizdə, məndən 10-12 metr aralıda erməninin olmasından şokda idim. Mənə atəş açdılar, birinci güllədən yaralandım. Yaralanandan sonra həyəcan siqnalı vermək üçün başladım posta tərəf qaçmağa. Qanım axa-axa qaçıram, istirahət edənə, yatana, növbədə olanlara, bir sözlə, hər kəsə əmr verirəm ki, öz yerini tutsunlar.

Ermənilər də durmadan başımın üstündən, ayaqlarımın altından atsalar da güllələrin heç biri mənə dəymədi. Döyüş kinolarındakı kimi güllələr ayaqımın altında yerə dəyib toz qoparırdı. Əsgərlərin hamısı yerlərini tutandan sonra “atəş” əmri verdim. Özüm də silahla məni vuran ermənilərə tərəf durmadan atəş açdım. Sonra gördüm ki, avtomat əlimdə əsir, ata bilmədim, müvazinətimi itirdim”.

Elvin Əsgərovun danışdığına əsasən, yaralandıqdan sonra onu blindaja aparıblar. Bundan sonra tabordan yardım gəlib. İlkin yardım göstərildikdən sonra döyüş mövqeyindən uzaqlaşdırılaraq əvvəlcə hərbi hospitala aparıblar.

“Çoxlu qan itirməyimə baxmayaraq xəstəxanaya girənə kimi huşum özümdə idi. Amma ondan sonra heç nə hiss eləməmişəm, bir də onda ayıldım ki, Bakıdakı hərbi hospitaldayam. Göydə Allah, yerdə isə həkimlər məni qorudu” – deyir Elvin.

Elvin Əsgərovu xəstəxanada əmisi Zahid Əsgərov müşayiət edir. Elvin deyir ki, ürəyi zəif olan atasının onu bu vəziyyətdə görməsini istəmədiyi üçün buraya gəlməsini istəməyib.

Ailəsi ilk gündə Elvinin taleyi ilə bağlı ziddiyyətli məlumat aldığını deyir. Sabirabad Rayon İcra Hakimiyyətindən ailəyə övladlarının yaralanması barədə məlumat veriləndən sonra Sabirabaddan Gəncəyə yola çıxan ata və əmi Əsgərovlara qohumlar telefonla Elvinin şəhid olduğu barədə xəbər çatdırıblar.

“Biz yolda ikən zəng vurub dedilər ki, televizorda 8 nəfər şəhidin arasında Elvinin də adını çəkiblər. Bu xəbərdən sonra kənd camaatı Elvinin atasıgilə axışmağa başladı. Sonra televiziyada düzəliş edib Elvinin ağır yaralı olduğunu deyiblər. Atası da hospitalın komandirləri ilə danışandan sonra Elvinin orda olduğunu öyrəndi” – Zahid Əsgərov danışır.

Zahid bəy deyir ki, Elvin iki gün Gəncədə qalandan sonra helikopterlə Bakıya, 3 gündən sonra isə Ankaraya gətirilib.

“Bakıda bura gətirilənlərin arasında ən ağır Elvinin vəziyyəti idi. Reanimasiyada da ən çox Elvin yatıb. Bir-iki gün olar ki, özünə gəlib” – deyir yaralı hərbçinin əmisi.

Yaralı hərbçinin sevgisi

Elvin 10 aydır nişanlıdır. Deyir yaralanmasaydı, avqust və ya sentyabrda toyu olacaqmış.

“Qismət olsa, oktyabrda toy edəcəm”, – Elvin arzularını bölüşür.

Xəstəxanadan hər gün ailəsi və nişanlısı ilə skype vasitəsilə görüntülü danışır. Elvin deyir ki, həkimi öz planşet kompüterini onların istifadəsinə verib. Yaralı hərbçilərin Ankarada müalicəsini təşkil etmiş TİKA təşkilatından isə onlara gündəlik istifadələri üçün mobil telefon veriblər.

Sabirabadın Güdəzühür kəndindəki ailəsi də Elvin Ankaraya gətirildikdən sonra tablet bilgisayar alıb ki, onunla gündəlik əlaqə saxlayıb görüntülü danışa bilsinlər.

Elvin deyir ki, hər gün xəstəxanadan nişanlısı ilə danışır: “O da yanıma gəlmək istəyirdi, özüm qoymadım. Çünki gedəndə onunçün daha çox darıxacam. Həm də istəmirəm ki, məni xəstə halımda görsün. Ona deyirəm, sən ancaq dua et ki, tez sağalım”.

Elvin onu da deyir ki, müalicəsini bitirəndən sonra yenə döyüş bölgəsinə getmək istəyir.

Qeyd edək ki, avqustun əvvəllərində Azərbaycan və Ermənistan qüvvələri arasında ön cəbhədə baş verən qanlı atışmalar zamanı 18 əsgər həyatını itirib. Azərbaycan və Ermənistan, eləcə də tanınmamış Dağlıq Qarabağ Respublikası bir-birini atəşkəsi pozmaqda ittiham edib.

Previous Post

Yaralı gizirimiz qəfil erməni hücumundan danışdı: “Şoka düşmüşdüm…”

Next Post

Şikayət: məktəb direktoru pul yığır — Foto

Bənzər yazılar

Tramp: İranla danışıqlar aparılmır

Tramp: İranla danışıqlar aparılmır

18 Avqust 2026 - 18:44

Son xəbərlərə görə, ABŞ Prezidenti Donald Tramp sosial media hesabında İranla davam edən və ya planlaşdırılan danışıqların və ya danışıqların...

MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

MKA: Bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alıb

18 Avqust 2026 - 18:10

Azərbaycanda fəaliyyət göstərən bir sıra qurum və təşkilatların istifadəçi hesablarına koordinasiyalı giriş cəhdləri qeydə alınıb. Bu barədə Elchi.az Milli Kibertəhlükəsizlik Agentliyinə...

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirildi

18 Avqust 2026 - 17:59

Avqustun 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Elchi.az xəbər verir ki,...

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05

Almaniya hökuməti Lavrovun Kiyevə kömək etməyin nəticələri ilə bağlı şərhlərini nəzərə aldı. Elchi.az xəbər verir ki, Almaniya hökuməti Rusiya xarici işlər naziri...

Next Post

Şikayət: məktəb direktoru pul yığır — Foto

Şikayət: məktəb direktoru pul yığır — Foto

Son xəbərlər

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 39 vaqon buğda göndəriləcək

20 Avqust 2026 - 09:45
Benzema La Liqaya qayıda bilər

Benzema La Liqaya qayıda bilər

20 Avqust 2026 - 09:38
Qızıl və gümüşün qiyməti artdı

Qızıl və gümüşün qiyməti artdı

20 Avqust 2026 - 09:27
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

20 Avqust 2026 - 09:14
İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb

İsrailin Qəzzada polis bölməsinə hava hücumu nəticəsində doqquz nəfər ölüb

19 Avqust 2026 - 23:20
İndoneziyada 5,5 maqnitudada zəlzələ olub

İndoneziyada 5,5 maqnitudada zəlzələ olub

19 Avqust 2026 - 23:18
“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

“Qarabağ” – “Tvente” oyununun biletləri satışa çıxarılıb

19 Avqust 2026 - 22:16
Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

Ermənistanın yeni Konstitusiyasının qəbulu Nazirlər Kabinetinin proqramının layihəsinə salınıb

19 Avqust 2026 - 22:15
Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

Ermənistan yaxın 5 ildə Azərbaycanla ticarət əlarəqələri qurmağı planlaşdırır

19 Avqust 2026 - 21:29
Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

Gələn il beynəlxalq aviauçuşlar 10% bahalaşacaq

19 Avqust 2026 - 21:26
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu “İnnovativ İnşaat Metodologiyası” üzrə qalib olub

19 Avqust 2026 - 21:24
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 70-i ötüb

19 Avqust 2026 - 21:21
Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

Harri Keyn ikinci dəfə “Qızıl buts”u qazandı

19 Avqust 2026 - 19:24
NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

NATO-dan sərt mesaj: Bütün müttəfiqləri müdafiə etməyə hazırıq

19 Avqust 2026 - 19:10
“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

“Tvente”nin baş məşqçisi “Qarabağ”la oyundan danışdı

19 Avqust 2026 - 19:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.