Yaponiyada dünən gecə baş verən 6,6 bal gücündə zəlzələdə ən azı 11 nəfərin yaralandığı açıqlanıb.
Yaponiyada dünən baş verən və Ehime, Koçi və Oita əyalətlərində güclü hiss edilən 6,6 bal gücündə zəlzələnin balansı aydınlaşmağa başlayıb.
Elchi.az xəbər verir ki, Yerli hakimiyyət orqanlarından və yanğınsöndürmə idarələrindən alınan məlumata görə, zəlzələ nəticəsində Ehime prefekturasında 7, Koçi prefekturasında 2 və Oita prefekturasında 2 nəfər olmaqla ümumilikdə 11 nəfər xəsarət alıb.
Zəlzələdən zərər çəkmiş bəzi bölgələrdə su borularının partlaması səbəbindən müvəqqəti su kəsildiyi açıqlansa da, bir çox bina və magistral yollara maddi ziyan dəyib.
Şayəstə Hüseynova