Yaponiya və ABŞ birgə hava təlimləri keçirib

57

Yaponiya və ABŞ Hərbi Hava Qüvvələri F-15, F-16 qırıcıları və B-1 bombardmançılarının iştirakı ilə birgə hava təlimləri keçirib.

Elchi.az xəbər verir ki, təlimlər bir gün əvvəl 989 km məsafəni 67 dəqiqəyə uçaraq “Hwaseong-15 ICBM”nin düşdüyü Yapon dənizi üzərində keçirilib.

Maksimal uçuş hündürlüyü 5,77 min km idi. KXDR ballistik raketin buraxılışını təsdiqləyib:

Koreyanın Mərkəzi Teleqraf Agentliyindən bildirilib ki, buraxılış döyüş hazırlığının qəfil yoxlanılması çərçivəsində həyata keçirilib.

Bundan əvvəl Cənubi Koreya və ABŞ Hərbi Hava Qüvvələrinin də birgə təlimlər keçirdiyi bildirilirdi.

Yeganə