Yaponiya Ukrayna hərbçilərini müalicə etməyə başlayacaq

86

Yaponiya Ukraynaya 100 hərbi yük maşını və digər maşınlar, təxminən 30 min dəst ordu payı verəcək, həmçinin Ukrayna hərbçilərini müalicə etməyə başlayacaq. Elchi.az xəbər verir ki, bu barədə TASS ölkənin Xarici İşlər Nazirliyinə istinadən yazır.

Tokio Yaponiyanın özünümüdafiə qüvvələrinin istifadə etdiyi texnikanı Kiyevə təhvil vermək niyyətindədir. Baş nazir Fumio Kişida Ukrayna prezidenti Vladimir Zelenskiyə Yaponiyanın yaralı Ukrayna əsgərlərini müalicə üçün qəbul etməyə başlayacağına söz verib. bundan əlavə, Tokio Ukraynaya hərtərəfli dəstəyini davam etdirmək niyyətindədir.

Havar Şəfiyev