Yaponiya doğum nisbətinin aşağı düşməsindən NARAHATDIR

37

Yaponiyanın baş naziri Kişida Fumio bildirib ki, ölkədə doğum səviyyəsinin aşağı düşməsindən sonra Yaponiya sosial funksiyalarını itirmək ərəfəsindədir.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, Milli Assambleyanın növbəti sessiyasında çıxış edən Kişida ölkəsinin siyasət, iqtisadiyyat, daxili və xarici siyasətindəki son vəziyyətə toxunub.

Kişida izah edib ki, doğum nisbətlərinin aşağı düşməsi ilə Yaponiya sosial funksiyalarını itirmək ərəfəsindədir, ona görə də onlar uşaq tərbiyəsi siyasətlərinə diqqət yetirəcəklər.

Uşaq tərbiyəsinin asanlaşdırılmasını gələcək üçün ən təsirli sərmayə kimi təsvir edən Kişida doğum nisbətini geri qaytarmaq üçün öncə uşaq iqtisadiyyatı və cəmiyyəti vəd etdi.

“Ölkəmizin iqtisadiyyatının və cəmiyyətinin davamlılığını və inklüzivliyini nəzərə alaraq, uşaq tərbiyəsinə dəstək bizim ən mühüm siyasətimizdir”,-  deyə Kişida bildirib.

2022-ci ildə ölkədə doğulanların sayı ilk dəfə olaraq 800 mindən aşağı düşüb. 2022-ci ilin əvvəlinə təxminən 124,77 milyonluq Yaponiya əhalisinin 29 faizi 65 və daha yuxarı yaşdadır; 11,6 faizi 0-14 yaş arasıdır.

Yapon cəmiyyətində yaşlı olaraq təyin olunan 65 və yuxarı yaşda olan əhali dünyada birinci yerdədir. İkinci yerdə 24,1 faizlə İtaliya, üçüncü yerdə isə 23,3 faizlə Finlandiya qərarlaşıb.

Əhali və Sosial Təminat Tədqiqatları üzrə Milli İnstitutun (IPSS) məlumatına görə, 2040-cı ilə qədər 65 və daha yuxarı yaşda olan insanların nisbəti Yaponiyada ümumi əhalinin 35 faizini keçəcək.

Yeganə