Xorvatiya prezidenti Rusiyaya qarşı sanksiyaları TƏNQİD ETDİ

40

Xorvatiya prezidenti Zoran Milanoviç Rusiyaya qarşı tətbiq edilən sanksiyaları dəstəkləmədiyini bildirib.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, rəsmi səfəri çərçivəsində Budapeştdə olan Milanoviç Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb, daha sonra hər ikisi birgə mətbuat konfransı keçirib.

“Biz Avropa Birləşmiş Ştatlarının Rusiyaya olan sanksiyalar ideyasını dəstəkləmirik”,-deyə Milanoviç qeyd edib.

Ölkəsinin Macarıstanla çox yaxşı münasibətlərə malik olduğunu qeyd edən Milanoviç deyib:

“Macarıstan və Xorvatiya qonşu ölkələrdir, min ildən artıqdır ki, yan-yana yaşayıblar və iki ölkə arasında heç vaxt ciddi münaqişə olmayıb”.

Yeganə