Rusiya ordusu Xerson vilayətində Dnepr çayında Ukrayna Silahlı Qüvvələrinin iki katerini məhv edib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti-yə “Dnepr” qoşunlar qrupundakı mənbə bildirib.
“Rusiya Silahlı Qüvvələrinin “Dnepr” qoşun qruplaşmasının Xerson istiqamətində atəşə tutması nəticəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus iki kater məhv edilib. Ukrayna ordusunun canlı qüvvəsinin itkiləri 10 vahid təşkil edib”.
Mənbənin məlumatına görə, məlum olub ki, son 24 saat ərzində düşmənin 17 döyüşçüdən ibarət piyada qoşunlarının Krınki kəndi ərazisində cəmləşməsi aradan qaldırılıb.
Qeyd edək ki, bundan əvvəl Don briqadasının kazakları Dneprdə Ukrayna Silahlı Qüvvələrinə məxsus zirehli barjı batırıb.
Havar Şəfiyeva