"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Xalq artistinin oğlunun dəhşətli həyatı: Bir qab yeməyə möhtacam…

14 Dekabr 2017 - 18:21
in MƏDƏNİYYƏT
FacebookVatsap
Xalq artistinin oğlunun dəhşətli həyatı: Bir qab yeməyə möhtacam...
Elchi.az “Şərq” qəzetinə istinadən mərhum xalq artisti Səyavuş Aslanovun oğlu Çingiz Aslanın müsahibəsini təqdim edir:

Səyavuş Aslan dünyasını dəyişdikdən sonra övladlarının yaşam tərzi ilə maraqlandıq.
Səsimizdən tanıdı. Sanki axtarırmış kimi, tanış səsinə ehtiyacı vardı. Hönkürərək ağladı. “Evimizə gələn son jurnalist olmusunuz” deyərək imdad istədi. Maraqlandıq. Zamanında xalq artisti Səyavuş Aslan heç kimə ağız açmasa da, qüruruna sığınıb həyatının son çətin günlərində belə kimdənsə imdad istəməsə də, oğlu Çingiz çarəsizliyindən gileyləndi. Qürurlu sənətkarın həyat qarşısında aciz qalan oğlu ilə söhbətə başladıq. Demək ki, həyatda bunlar yaşana bilirmiş…
– Niyə bu qədər nisgilli səslə ağlayırsınız, Çingiz müəllim?
– Dərdliyəm, köməyinizə ehtiyacım var. Çox acınacaqlı bir duruma düşmüşəm. İşsiz, evsiz bir insanın həyatı necə ola bilər?
– Niyə evsiz qalmısınız? Səyavuş müəllim rəhmətə gedəndən sonra yaşadığı ev necə oldu?
– Atamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. İkimiz də evsiz-eşiksiz qalmışıq. Qardaşım yenə birtəhər başını dolandırır. Mənim vəziyyətim daha ağırdır. Sanki atamdan sonra evimizin, ocağımızın işığı söndü, ruzisi kəsildi. İndi tufeyli bir həyat yaşayıram.
– Səyavuş müəllimdən sonra niyə evi satmaq məcburiyyətində qaldınız?
– Xəstə insanam. Ürəyimdə ciddi problemlər var. Birtəhər yaşayırdım. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Bilirsiniz ki, atama məxsus evimiz şəhərin mərkəzində yerləşirdi. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Bir iş qurum ki, çörəkpulu qazana bilim. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Elə Milli Parkda ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min manat, min dollar pulumu cibimdən oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram.
– Oğurluqla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermədiniz?
– Bu barədə polisə məlumat vermişəm. Artıq 3 aya yaxındır mənim evimin pulunu oğurlayanlar tapılmayıb. Mənimlə maraqlanan yoxdur. Heç kim mənə inanmaq istəmir ki, evimin pulunu oğurlayıblar. Yəni Milli Parkda kameralar yoxdur, mən yıxılanda mənə yaxınlaşanın kim olduğunu öyrənmək bu qədərmi çətindir? Bu insafdandır ki, qışın günündə kirayələrdə qalıram?!
– Səyavuş Aslanın oğlu bu duruma necə düşə bildi? Axı siz tanınmış sənətkarın övladısınız. Çoxları sizlərin həyatına həsəd aparıb…
– Bəli, atam gənc ikən qibtə olunası həyatımız olub. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkmişəm. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim.
– Bəs ailəniz necə, varmı?
– Ailəm yoxdur, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam. Çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Bəlkə, səsimi eşidən olar. Axı mən Səyavuş Aslan kimi böyük sənətkarın oğluyam. Ən azı atamın adına görə mənə kömək edən olar, bəlkə.
– Heç atanızın adı sizə kömək olubmu həyatda?
– Təbii, sağ ikən atamın adı gələn yerdə hər zaman hörmət-izzət görmüşəm. Ancaq atam qürurlu idi. Heç kimin qapısını döyüb xahiş etməzdi. Gənc yaşlarımızda atamın adı bizə, təbii ki, kömək olurdu. Ağlıma belə gəlməzdi ki, bir gün belə bir həyatı yaşamağa məcbur qalaram. Müalicə almağım vacibdir. Amma dava-dərmana imkanım çatmır. Dava-dərman bir kənara, elə gün olur ki, bir qab yeməyə möhtac qalıram. Nə maraqlananım var, nə qapımı döyənim, nə də axtaranım. Həyatın acımasız olduğunu eşitmişdim. Amma onun gerçək üzünü bu gün görənlərdənəm. Sadəcə, mənə kömək etməyinizi istəyirəm.

Bunu da oxuyun

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

Previous Post

Xalq artistinin oğlunun dəhşətli həyatı: Bir qab yeməyə möhtacam…

Next Post

Azərbaycan əhalisinin sayı açıqlandı

Bənzər yazılar

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

04 Avqust 2026 - 16:39

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Elchi.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki,...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

31 İyul 2026 - 19:17

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV...

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan...

Next Post

Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı açıqlandı

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.