Vyetnam parlamenti ölkənin yeni prezidentini seçib

61

Vyetnam Sosialist Respublikasının Milli Assambleyası (birpalatalı parlament) hakim Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Vo Van Thiongu ölkənin yeni prezidenti seçib.

Elchi.az xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Vionq Dinh Hue məlumat verib.

Vo Van Thiong vətənə, hakim Kommunist Partiyasına və Vyetnam xalqına sədaqət andı içib. Səsvermənin nəticələri elan edildikdən dərhal sonra andiçmə mərasimi baş tutub.

“Müqəddəs dövlət bayrağı, Milli Assambleya, bütün ölkənin həmvətənləri və seçiciləri qarşısında Vyetnam Sosialist Respublikasının Prezidenti, Vətənə, xalqa, Sosialist Respublikasının Konstitusiyasına sadiq qalacağıma and içirəm”.

52 yaşlı Vo Van Thiong müasir Vyetnam tarixində 12-ci prezident olub.

Yeganə