Vuçiç: Rusiyaya qarşı sanksiyalar tətbiq olunarsa

60

Siyasətçinin fikrincə, Qərb Belqradın belə bir qərarından sonra ondan Kosovonu tanımasını tələb edəcək.
Elchi.az xəbər verir ki, Serbiya Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə razılaşarsa, xoşagəlməz nəticələrlə üzləşə bilər, – Balkan Respublikasının prezidenti Aleksandr Vuçiç deyib.
Onun fikrincə, Qərb Belqradın belə bir qərarından sonra ondan Kosovonu tanımasını tələb edəcək. Siyasətçi Serbiyanın Pink telekanalının efirində xatırladıb ki, keçmiş Yuqoslaviya prezidenti Slobodan Miloseviç ekstradisiya edildikdən sonra Serbiya Avropa İttifaqına üzv olmayıb.
“Bəs siz nə aldınız? Viza liberallaşdırılması? İndi də biz sanksiyalar tətbiq etsək, o zaman məlum olacaq ki, Kosovo ilə razılaşmağın vaxtı çatıb”, – Vuçiç bildirib.
Serbiya prezidenti Kosovoya Belqradın müstəqilliyini rəsmi tanımadan BMT-yə üzvlüyünün verilə biləcəyi barədə fikir bildirib.

Şayəstə