"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Vilnüs sammiti çərçivəsində Bayden Ərdoğan görüşü

10 İyul 2023 - 18:34
in MANŞET
FacebookVatsap

Türkiyə və ABŞ prezidentləri ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
Hazırda tərəflər arasında müzakirəyə ehtiyac duyulan bir çox məsələ var. Bununla belə, görüş zamanı liderlərin gündəliyində 3 əsas mövzu olacaq:

Bunu da oxuyun

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

İsveçin NATO-ya üzvlüyü

Ankara Stokholmun alyansa üzvlüyünə razı deyil. Belə ki, PKK, PYD, YPG kimi terror təşkilatlarının liderlərinin üzvləri bu gün İsveçdə sığınacaq alır, yaşayır və azad şəkildə Ankaranın əleyhinə fəaliyyət göstərir. Türkiyə də öz növbəsində həm bu səbəblər, həm də son illərdə Quranın yandırılmasını əsas gətirərək İsveçin NATO-ya üzv olmasına qarşı çıxır.
Lakin aydın məsələdir ki, Ankaranın istəyi daha böyükdür. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin Avropa Birliyinə gedən yolunu açmaq lazımdır.
Ankaranın yekun tələbi Türkiyənin Avropa İttifaqına üzv kimi qəbul edilməsidir. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv edilmir. İndi də İsveçin NATO-ya üzvlüyünə qarşı
Türkiyənin Avropa İttifaqına üzvlüyü istənilir.
Bu baxımdan, Bayden və Ərdoğan arasında Vilnüsdə keçiriləcək görüş zamanı əsas müzakirə ediləcək məsələlərdən biri bu ola bilər. Bununla belə, Qərb çətin ki, Ankaranın bu təklifini qəbul etsin.
Ümumiyyətlə, Qərb Türkiyəni Avropanın bir parçası olaraq görmür. Lakin Vaşinqton Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsindənsə Türk Dövlətlər Təşkilatının güclənməsi və Ankaranın öz alyansını yaratması istiqamətində daha cəzbedici təkliflər edə bilər.

F-16-ların tədarükü

F-16-ların tədarükü hazırda Vaşinqton və Ankara arasında başlıca mübahisə mövzusudur. Prinsip etibarilə Bayden administrasiyası qırıcıların tədarükünü gerçəkləşdirməkdə maraqlıdır. Buna mane olan əsas qüvvə senator Robert Menendez və onunla eyni fikirdə olan bir sıra senatorlardır.
Nyu-Cersi ştatından olan senator Robert Menendez ermənipərəst çıxışları ilə və korrupsiya qalmaqalı ilə tanınır. Vilnüs görüşü öncəsi ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının tədarükünə mane olmamağa inandırmaq üçün senator Robert Menendezlə danışıqlar aparır. Menendezin fikrinə təsir etmək məqsədilə hətta ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) onun və erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır.
Vilnüs görüşü zamanı Bayden və Ərdoğan arasında F-16-ların tədarükünə dair razılığın əldə edilməsi mümkündür.

“Taxıl sazişi”

Liderlərin görüşü zamanı müzakirə edilməsi ehtimal mövzulardan biri də “Taxıl sazişi”nin uzadılmasıdır. Məlum olduğu kimi, hazırkı saziş ötən il iyulun 22-də İstanbulda Türkiyənin vasitəçiliyi ilə imzalanıb. Bayden Vilnüs görüşündə Ərdoğandan sazişin uzadılmasını və Rusiyanın sazişdən çıxmasına mane olmasını istəyə bilər.
Hesab edirəm, sazişin Türkiyənin vasitəçiliyi ilə uzadılması mümkündür. Lakin Ərdoğan da Kremlin tələblərini Vaşinqtonun diqqətinə çatdıracaq. Putin sazişin qarşılıqsız uzadılmasına getməyəcək.

Müəllif: Politoloq Turan Rzayev

Previous Post

Vilnüs sammiti çərçivəsində Bayden Ərdoğan görüşü

Next Post

Putin Priqojini niyə qəbul etdi?

Bənzər yazılar

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

12 Noyabr 2026 - 09:59

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner Moskvaya səfər ediblər. Elchi.az xəbər verir ki, Kirill...

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

Kallas Avropanı Rusiyaya qulaq asmamağa çağırıb

11 Noyabr 2026 - 16:00

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Avropa Rusiyanın təhlükəsizlik narahatlığına qulaq asmamalıdır. Elchi.az xəbər verir ki, Kallas bu barədə...

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

“Hərbçilərimizə, şəhid ailələrinə diqqəti artırmalıyıq” – Qüdrət Həsənquliyev

11 Noyabr 2026 - 15:44

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkil Qüdrət Həsənquliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və...

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

Rutte İspaniya və Portuqaliyanı TƏNDİQ ETDİ

11 Noyabr 2026 - 14:00

NATO-nun baş katibi Mark Rutte İspaniya və Portuqaliyanı Rusiyanın guya Avropa İttifaqı (Aİ) və alyans üçün yaratdığı təhlükəni lazımi səviyyədə...

Next Post
Putin Priqojini niyə qəbul etdi?

Putin Priqojini niyə qəbul etdi?

Putin Priqojini niyə qəbul etdi?

Putin Priqojini niyə qəbul etdi?

Son xəbərlər

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi – VİDEO

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi – VİDEO

12 Noyabr 2026 - 15:32
İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

İctimai nəqliyyata ayrılan 155 milyon pul xərclənməyib

12 Noyabr 2026 - 15:30
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib

Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib

12 Noyabr 2026 - 15:23
Prezident İlham Əliyev Volodimir Zelenski ilə görüşüb

Prezident İlham Əliyev Volodimir Zelenski ilə görüşüb

12 Noyabr 2026 - 15:17
Azərbaycanda buzlaqların sahəsi 9 faiz azalıb

Azərbaycanda buzlaqların sahəsi 9 faiz azalıb

12 Noyabr 2026 - 15:16
Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlanıb

Azərbaycanın 10 aylıq büdcə göstəriciləri açıqlanıb

12 Noyabr 2026 - 15:08
Aİ ölkələrinə Ukraynaya kömək etməməyə icazə veriləcək

Aİ ölkələrinə Ukraynaya kömək etməməyə icazə veriləcək

12 Noyabr 2026 - 15:00
Xankəndi stadionundakı ilk oyunla bağlı MARAQLI TƏKLİF

Xankəndi stadionundakı ilk oyunla bağlı MARAQLI TƏKLİF

12 Noyabr 2026 - 14:52
Paşinyanla türk jurnalistin səmimi söhbəti: “İndi qardaş olduq” – Video

Paşinyanla türk jurnalistin səmimi söhbəti: “İndi qardaş olduq” – Video

12 Noyabr 2026 - 14:43
Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

Maya Sandu: Moldova Azərbaycanla enerji əməkdaşlığında maraqlıdır

12 Noyabr 2026 - 14:30
Günəşdə gözlənilməz güclü partlayış olub

Günəşdə gözlənilməz güclü partlayış olub

12 Noyabr 2026 - 14:14
3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM

3 bayram ard-arda gəlir: Tətil günləri- TƏQVİM

12 Noyabr 2026 - 14:07
Avropa Ukraynanı maliyyələşdirməkdən imtina edib

Avropa Ukraynanı maliyyələşdirməkdən imtina edib

12 Noyabr 2026 - 14:00
Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

Azərbaycanda ən yaşlı pensiyaçının neçə yaşı var?

12 Noyabr 2026 - 13:51
Almeyda “Qarabağ”da işə başlayıb? – Rəsmi

Almeyda “Qarabağ”da işə başlayıb? – Rəsmi

12 Noyabr 2026 - 13:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.