"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Vilayət Eyvazov böyük savaşa başladı: Nazirə hücumlar olacaq

13 İyul 2021 - 20:27
in MANŞET
FacebookVatsap

Sosial şəbəkələrdə son günlər DİN-in apardığı narkotikə qarşı mübarizənin güclənməsindən doğan dəstək kampaniyası diqqət çəkir və maraqlı bir sual yaradır: Niyə bu kampaniya aparılır və yaxud aparılmalıdır? Buna nə ehtiyac var?

Bunu da oxuyun

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

Azərbaycana qarşı narkosavaş

Narkotik ticarətinin son aylar xüsusilə pik həddə çatdığını bir müddətdir bütün siyasi xadimlər, millət vəkilləri və ictimaiyyət nümayəndələri ciddi narahatlıqla ifadə edirdilər. Sosial şəbəkələrdə, feyk profillər vasitəsilə aparılan satışların ölkəmizin gələcəyi üçün necə bir təhlükə yaratdığını təsəvvür etmək çətin deyil. Buna qarşı DİN-in apardığı mübarizə də bəzi hallarda ictimaiyyət tərəfindən birmənalı qarşılanmırdı. Arqumentlərdən biri isə o idi ki, bu cür böyük və total narko-hücumun qarşısında DİN-in müqaviməti yetərli deyil.

Yetərli olmamasının bir səbəbi isə hücum edənlərin “qaçan İP”-dən və çox ucuz, əlçatan qiymətdən istifadə etməsidir. Belə ki, feyk profillərin açılması, satış reklamı və bağlanması arasında o qədər qısa fərq olur ki, DİN peşəkarlarının o ünvanları müəyyənləşdirmə və əməliyyat qurma fürsəti əldən çıxır. Buna görə də bir çox millət vəkili və ictimaiyyət nümayəndəsi sosial şəbəkələrdə qeydiyyatın şəxsiyyət vəsiqəsi ilə aparılmasını və bu sahədə müəyyən tənzimləmələr həyata keçirilməsini alternativ kimi irəli sürürdülər.

Son aylar narkotik hücumunun səbəbləri sırasında isə Azərbaycanın tarixi zəfəri, Azərbaycan gəncliyinin və dövlətinin qüdrəti göstərilirdi. Azərbaycan yeganə dövlətdir ki, son onillər ərzində torpaq münaqişəsini öz ərazi bütövlüyü çərçivəsində həll etməyə nail olub. Üstəlik, nəzarətsiz, narkotik tranziti üçün münbit şərait yaradan işğaldakı torpaqlar artıq nəzarətə götürülüb. Bu ərazilərdəki narkotik plantasiyaları DİN-in keçirdiyi əməliyyatlarla məhv edilir, sərhədlərin bərpası və Dövlət Sərhəd Xidmətinin sərhədlərimizi tam nəzarətə götürməsi ilə narkoticarətə ağır zərbə endirilir.

Narkotacirlər artıq silaha əl atır

Bu proseslərin nəticəsidir ki, narkotacirlərin artıq aqressivləşdiyini müşahidə edirik. Azərbaycanın xüsusilə İranla sərhədində vaxtaşırı olaraq narkotik alverçilərinin yaxalanması ilə bağlı xəbərlər yayılır. Adətən narkotik alverçiləri sərhədçilərimizə tuş gəldikləri halda daşıdığı yükü atıb qaçmağa üstünlük verirdilər. Ancaq son vaxtlar narkotacirlərin və yaxud narkokuryerlərin silahlı müqaviməti müşahidə edilir. Hətta sərhəd pozucuları olan narkokuryerlər avtomat silahlardan belə istifadə edirlər. Bunun nəticəsində bir müddət öncə DSX-nın iki əsgəri şəhid oldu, yaralananlar da var.

Bu, Azərbaycanın narkotikə qarşı mübarizəsinə artıq silahlı müqavimət deməkdir. Narkotacirlər gəlirlərinin kəsildiyini görərək, qarşıdurmalara və savaşa getməkdən belə çəkinmirlər.

Paralel olaraq ölkə daxilində ən müxtəlif variantlardan istifadə edərək, gənclərin zəhərlənməsinə çalışırlar ki, bu artıq dövlətçiliyimizə qarşı planın tərkib hissəsi təsiri bağışlayır.

Vilayət Eyvazov açıq savaş elan etdi

Son 10 gündə DİN-in həyata keçirdiyi misilsiz əməliyyatlarla çoxsaylı narkotik alverçisi ələ keçirilib. DİN-in bu istiqamətdə apardığı olduqca uğurlu əməliyyat isə prosesin arxasında birbaşa general-polkovnik Vilayət Eyvazovun dayandığını təsdiqləyir. Bəzi mənbələrin verdiyi məlumata görə, V.Eyvazov narkotikə qarşı ən amansız mübarizə aparılması göstərişini verib və əməliyyatları da birbaşa nəzarətdə saxlayır.

Nazirə qarşı kampaniya başlayacaq

Sosial şəbəkələrdə DİN-in bu əməliyyatına qarşı narkotacirlərin göstərəcəyi müqavimətin fərqli formalarda olacağı haqda artıq siqnallar görünməkdədir. Belə ki, DİN-in ictimaiyyət arasındakı hazırkı nüfuzunu ləkələmək, bu strukturdakı müəyyən nöqsanları şişirtmək və bundan nazir əleyhinə istifadə etmək, eyni zamanda, DİN rəhbərliyinə qarşı qara piar əməliyyatının aparılacağı istisna edilmir. Bütün bu kampaniyalarda hədəf isə DİN-in narkotirarətə qarşı mübarizəsini ikinci plana keçirməkdir.

İctimai dəstəyə necə nail olmalı?

Adicə bir fakt: əgər 10 gün bundan öncə sosial şəbəkələrdə narkotik satışı az qala “hər addımda” qarşına çıxırdısa, indi sanki qurbağa gölünə daş atılıb. Bu isə onu deməyə əsas verir ki, DİN-in çox uğurlu əməliyyatları narkotik alverçilərini həyəcanlandırıb və onları “gözləmə mövqeyinə” çəkilməyə vadar edib. Bunun çox davam edəcəyini düşünmək isə mümkün deyil.

Böyük ehtimalla, narkotacirlərin və onların himayədarlarının bir müddətdən sonra antitəbliğat kampaniyası başlayacaq.

Və beləliklə, başda verdiyimiz sualın cavabı: İctimai və siyasi xadimlər, millət vəkillərinin artıq indidən DİN-ə dəstək olmağa çalışmasının səbəbi budur və alqışlanasıdır.

Eyni zamanda, medianın da bu istiqamətdə DİN-in yanında olması, mümkün informasiya təxribatlarına hazırlaşması vacibdir.

Previous Post

Vilayət Eyvazov böyük savaşa başladı: Nazirə hücumlar olacaq

Next Post

Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu – Video

Bənzər yazılar

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00

Sahibkar və amerikalı milyarder İlon Maskın atası Errol Mask Rusiya vətəndaşlarının mehribanlığına və qonaqpərvərliyinə heyran olduğunu bildirib. Elchi.az xəbər verir...

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

06 Avqust 2026 - 10:54

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ və İran arasında danışıqlar davam edərkən, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün...

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

06 Avqust 2026 - 10:25

Sürətlə inkişaf edən El Nino hava fenomeninin gələn ilin sonuna qədər təxminən 50 milyon insanı kəskin aclığa sürükləyə biləcəyi açıqlanıb....

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda yeni hakimiyyət komandasının və parlamentin formalaşmasından sonra ənənəvi anti-Azərbaycan və...

Next Post
Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu – Video

Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu - Video

Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu – Video

Əliyev: Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu - Video

Son xəbərlər

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14
“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

07 Avqust 2026 - 13:00
Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

07 Avqust 2026 - 12:53
Siyasi həqiqətləri gizlədən suallar

Siyasi həqiqətləri gizlədən suallar

07 Avqust 2026 - 12:51
13 stomatoloq məsuliyyətə cəlb edilib

13 stomatoloq məsuliyyətə cəlb edilib

07 Avqust 2026 - 12:46
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

07 Avqust 2026 - 12:27
Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatdı

07 Avqust 2026 - 12:18
FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

FAA Boeing 737 MAX təyyarələrinin yoxlanılmasını tələb etdi

07 Avqust 2026 - 12:11
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

Zərdabda qəsdən yanğın törədən şəxs saxlanıldı

07 Avqust 2026 - 12:01
Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

Fil Dişi Sahilində 4661 məhkum əfv edildi

07 Avqust 2026 - 11:46
“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

“Sabah” – “Orhus” matçının hakimləri dəyişdirildi

07 Avqust 2026 - 11:32
Bakıda obyektdə partlayış oldu

Bakının mərkəzində obyektdə yanğın başlayıb

07 Avqust 2026 - 11:25
Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

Sabunçuda 70 min manatlıq naqil oğurlanıb- VİDEO

07 Avqust 2026 - 11:07
Taylandda məktəbdə atışma: 6 ölü, 15 yaralı

Taylandda məktəbdə atışma: 6 ölü, 15 yaralı

07 Avqust 2026 - 10:53
Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

Süni intellekt yeni virusların yaradılmasında istifadə olundu

07 Avqust 2026 - 10:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.