Viktor Orban: Ərdoğan Rusiya-Ukrayna vasitəçiliyində uğur qazanan yeganə liderdir

65

Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə Ukrayna arasında uğurlu vasitəçilik edən yeganə liderin prezident Rəcəb Tayyib Ərdoğan olduğunu bildirib. Orban prezident Ərdoğana təşəkkürünü bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Toplantısına qatılan Viktor Orban sosial media hesabında fikirlərini bölüşüb.
Müharibə və sanksiyalar yerinə sülh və əməkdaşlıq lazım olduğunu vurğulayan Orban, “Rusiya ilə Ukrayna arasında müvəffəqiyyətlə vasitəçilik edən yeganə lider Ərdoğandır” deyə yazıb.
Viktor Orban qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev də Avropanın enerji müxtəlifliyinin artırılmasına kömək edir. O, iki liderə minnətdarlığını bildirib.
Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür.

Şayəstə