Vardanyandan sonra Oskanyanın Qarabağa TRANSFERİ: Rusiya getdikcə “batır”

75

“Rusiya oyunlarını oynamağa davam edir. Mümkün qədər vəziyyəti gərginləşdirmək üçün addımlar atır. Vardanyandan sonra Oskanyanın da Qarabağa transfer etmək fikri bir daha onu göstərir ki, Rusiya Qarabağda sülhdə maraqlı deyil.
Bu fiqurların Qarabağa yığılması Qarabağın siyasi arenasını tanınmış ermənilərlə gücləndirilməsi məqsədi daşıyır”.

Bu fikirləri Elchi.az-açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.

Onun sözlərinə görə, Rusiya yaxşı başa düşür ki, uzun illər bu məsələlərin içərisində olan Oskanyan danışıq aparmaq, daha doğrusu simulyasiya etmək üçün yaxşı siyasətçidir, çünki o, Rusiya ilə uzun illər əlaqəli olaraq Qarabağ məsələsinin həllini uzada bilmişdi:

“Bu təyinatlarla guya ermənilər Qarabağın hələ də onlara aid olduğunu demək istəyir. Rusiyanın oyunlarına alət olmağı gözə alırlar. Amma bir həqiqəti yaddan çıxarırlar və ya yaddan çıxarmasalar da buna risk edərək Rusiyanın oyunlarına uyurlar ki, Azərbaycan dövləti artıq əvvəlki deyil və indi qabaqkı siyasi və tarixi vəziyyət deyil. Dövr elə dəyişib ki, hətta ABŞ Azərbaycanın tələblərini dəstəkləyir. Rusiyanın Ukraynaya təcavüzü səbəbindən düşdüyü durum göz önündədir və ən əsası isə Ermənistanın ll Qarabağ müharibəsi ilə əlaqəli aldığı məğlubiyyətin acısı hələ təzədir. Bu durumda Ermənistanın Rusiya ilə birlikdə oynadığı oyunların ermənilərin yeni qəbiristanlıqlar salması ilə bitəcəyi gerçəyini unutmamalı, Rusiyanın isə getdikcə batdığı gerçəyini də nəzərə alıb, onun arxasınca batmaq yolunu tutmasının ən ağılsız yol olduğunu bilməlidir. Qarabağ hər bir hərfi ilə Azərbaycanındır və bunu dünyada dəyişə biləcək heç bir qüvvə yoxdur”.

Yeganə