"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Vəfa Quluzadə: “Riqa sammiti ilə bağlı Kremlin hədəsindən qorxmaq lazım deyil…”

27 Aprel 2015 - 13:20
in SİYASƏT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

vefada
Vəfa Quluzadəyə görə, sammiti Rusiyanın yox, Azərbaycanın maraqlarından qiymətləndirmək lazımdır

Rəsmi Moskva gələn ayın 21-22-də Latviyanın paytaxtı Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə qatılmaq istəyən ölkələri hədələyib. Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç belə bir bəyanatla çıxış edib.

 
Lukaşeviç bildirib ki, Moskva Riqa sammitini anti-Rusiya aktı hesab edir və buna “kifayət qədər sərt, prinsipial” reaksiya verəcək: “Çünki biz görürük ki, bu tərəfdaşlıq hara gedir və bu proqramın iştirakçılarının, hər şeydən əvvəl Avropa İttifaqının mövqeləri nəzərə alınmaqla kənardan hansı çalarlar kəsb edir”.
Qeyd edək ki, Riqa sammitinə Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistan prezidentləri dəvət olunub. Belarus prezidentinin də sammitə dəvət alacağı gözlənilir.
“Şərq tərəfdaşlığı” proqramına əsasən bu təşəbbüsə daxil olan keçmiş sovet respublikaları islahatlar aparmaqla Avropa İttifaqı ilə inteqrasiya əlaqələrini inkişaf etdirə biləcəklər. Moskva bu təşəbbüsə əvvəldən mənfi yanaşır, lakin reaksiyası heç vaxt indiki kimi sərt olmamışdı. Rusiya XİN-in bəyanatı təşəbbüsə qoşulan ölkələrə faktiki olaraq xəbərdarlıqdır və Riqa sammitini pozmağa hesablanıb. Ukraynanı parçalayan müharibənin baiskarı da məhz “Şərq tərəfdaşlığı” proqramı oldu.
Hələlik Avropa Birliyi ilə Assosiasiya sazişini ancaq Gürcüstan və Moldova imzalayıb. Və son məlumatlara görə, Rusiya Moldovada Avropa tərəfdarlarının mövqelərini xeyli zəiflədib və bu kasıb ölkəyə qarşı hibrid müharibə taktikasının bir neçə elementindən istifadə edir. Azərbaycana gəldikdə isə rəsmi Bakı “Şərq tərəfdaşlığı” təşəbbüsünə dair əvvəldən öz mövqeyini formalaşdırıb. Azərbaycan Avropa İttifaqı ilə Assosiasiya sazişində maraqlı deyil, ancaq ikitərəfli üstün tərəfdaşlıq modelini təklif edir.
Bəs, Azərbaycan Rusiya XİN-dən gələn hədəni nəzərə alıb Riqa sammitinə iştirak etməməlidirmi, yoxsa iştirak etməlidirmi? İştirak edən ölkələri, o cümlədən Azərbaycanı Rusiya hansısa şəkildə cəzalandıra bilərmi?
Keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadə bildirdi ki, bu hədə-qorxudan çəkinmək olmaz. Çünki hədə-qorxudan çəkinməyin axırı pis olar: “Bu gün hədələyirlər, görəndə ki, hədədən qorxub çəkildik, sabah başqa addımlara əl atacaqlar. Odur ki, hədədən qorxsaq, onda gərək özümüz əl-ayağımızı bağlayıb ipini verək Rusiyanın Xarici İşlər Nazirliyinə. Azərbaycan öz dövlət maraqlarından çıxış edərək baxmalıdır ki, Riqa sammitində nə qərarlar qəbul olunacaq, bu qərarlar Azərbaycana nə qədər sərfəlidir, buna müvafiq də addımlar atmalıdır. Rusiyanın bircə təsiri üsulu var – müharibə eləmək. Bunu isə hər zaman etmək asan deyil. Rusiya Ukraynaya qarşı müharibə etdi. Nə qazandı? Əslində heç nə. Bu gün Ukrayna seçdiyi yolla gedir, axıra qədər də gedəcək və Avropa, ABŞ, NATO-nun dəstəyi ilə irəli gedəcək. Ukrayna öz gələcəyini özü qurub və bu gələcək Avropadadır. Ukrayna haqlı olaraq hesab etdi ki, Rusiya yenə imperiya olaraq qalır və imperiya ilə dostluq eləmək mümkün deyil. Bu imperiyanın ya gərək koloniyası olasan, ya da müstəqil olasan. Dostluq, bərabərhüquqlu əməkdaşlıq kimi sözlər hamısı baş aldatmaqdır”.
“Rusiya ənənəvi rıçaqını – Ermənistanı Qarabağda müharibəyə yenidən başlamağa sövq edə bilərmi? sualına Quluzadə belə cavab verdi: ”Rusiyanın Qarabağda müharibəni alovlandırmağa nə vaxt imkanı və ehtiyacı olacaqsa, biz özümüzü nə cür aparırıqsa-aparaq Rusiya bunu edəcək. Bunu birdəfəlik bilmək lazımdır. Ona görə də biz işimizi özümüz elə qurmalıyıq ki, Rusiyanın imkanı olmasın bizim əleyhimizə hər hansı bu cür aqressiv addım həyata keçirsin. Bunu birdəfəlik bilmək gərəkdir ki, biz baş əydikcə onlar daha da azğınlaşacaqlar”.
Etibar SEYİDAĞA
Previous Post

Vəfa Quluzadə: “Riqa sammiti ilə bağlı Kremlin hədəsindən qorxmaq lazım deyil…”

Next Post

Sürücülərin nəzərinə – Bu yol bağlanır

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Sürücülərin nəzərinə - Bu yol bağlanır

Sürücülərin nəzərinə - Bu yol bağlanır

Son xəbərlər

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

“Qarabağ”dan Elvin Cəfərquliyev açıqlaması

07 Avqust 2026 - 19:30
Gürcüstanda zəlzələ oldu

Kamçatkada 5,5 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 19:16
İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

İraq iranpərəst qruplaşmalara “son zərbə” vurmağa hazırlaşır

07 Avqust 2026 - 19:00
Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

Himayədar ailələrə verilən aylıq sosial ödənişlərin ümumi məbləği bəlli olub

07 Avqust 2026 - 18:57
ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

ADY açıqladı: 6,4 milyondan çox sərnişin…

07 Avqust 2026 - 18:44
Çində 4,9 bal gücündə zəlzələ baş verib

Çində 4,9 bal gücündə zəlzələ baş verib

07 Avqust 2026 - 18:29
Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

Qazaxıstan Azərbaycan üzərindən neft ixracını genişləndirməyi planlaşdırır

07 Avqust 2026 - 18:16
Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərə yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

07 Avqust 2026 - 17:59
Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Azərbaycanda faydalı qazıntı yatağı hərraca çıxarılacaq

07 Avqust 2026 - 17:45
Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

Özəl bağçaların nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib

07 Avqust 2026 - 17:38
Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

Lənkəranda yardım adı ilə təqaüdçüləri aldadan şəxs saxlanıldı

07 Avqust 2026 - 17:30
Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

Tarixi saziş: Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv müdafiə paktı imzaladı

07 Avqust 2026 - 17:21
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

“Zirə” Namik Ələsgərovla yolları ayırdı

07 Avqust 2026 - 17:15
ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

ARDNF gənclərin xaricdə təhsilinə 87 milyon manat yönəldib

07 Avqust 2026 - 17:07
İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

İsrail hərbçiləri Suriyanın cənub bölgələrinə daxil olub

07 Avqust 2026 - 16:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.