"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

ÜST-ün təşkilatçılığı ilə Gəncədə konfrans keçirilib

10 Dekabr 2021 - 20:57
in SOSİAL
FacebookVatsap

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə konfrans keçirilib.

Bunu da oxuyun

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Elchi.az-ın yerli bürosunun xəbərinə görə, Gəncə Tibb Kollecində təşkil olunan konfrans Avropa İttifaqı və ÜST-ün birgə icra etdikləri “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və “Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək” aksiyası çərçivəsində keçirilmiş təlim proqramlarının aralıq nəticələrinin təqdim olunması məqsədi ilə baş tutub.

Konrfansda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ÜST-nin Azərbaycandakı Nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) nümayəndələri, habelə Türkiyənin Ondokuz Mayıs, Hacettepe, Ege və Dokuz Eylül universitetlərinin ekspertləri, yerli tibb məktəblərinin, Gəncə şəhər tibb müəssisələrinin və milli təlim mərkəzlərinin mütəxəssisləri iştirak ediblər.

Tədbirdən əvvəl qonaqlar Gəncə Tibb Kollecində yaradılan şəraitlə tanış olublar. Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev bugünkü tədbirin Gəncə Tibb Kollecinin 90 illik yubileyinə təsadüf etdiyini bildirərək, rəhbərlik etdiyi təhsil müəssisi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Gəncə Tibb Kolleci ilə tanışlıqdan sonra konfrans işə başlayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək bildirib ki, hazırda Azərbaycanda səhiyyənin inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və I vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqları əsasında əməli işlər görülür. Həyata keçirilən bütün tədbir və islahatlar əhalinin sağlamlığının qorunmasına, səhiyyə sisteminin dünya standartları səviyyəsində qurulmasına yönəlib. O qeyd edib ki, səhiyyə sistemində çalışan insanlar öz peşələrini sevməli, bu sahənin sirlərinə dərindən yiyələnməlidirlər. Bu baxımdan orta ixtisaslı kadrlar hazırlayan Gəncə Tibb Kollecinin üzərinə böyük iş düşür. Şəhər İH başçısı Gəncə Tibb Kollecinin 90 illik yubileyi münasibətilə kollektivi təbrik edib.

ÜST-nin Azərbaycandakı Nümayəndəsi Hande Harmancı “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi və Aİ-ÜST COVID-19 peyvəndlərinin və peyvəndləşmənin tətbiqinə dəstək aksiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 15 təlim mərkəzi yaradılıb. Bu mərkəzlərdə Aİ və ÜST tərəfindən təşkil edilən “COVID-19 vaksinasiyası, təməl və təkmil həyat dəstəyi” və “COVID-19 xəstələrinin stasionarda idarəedilməsi” mövzusunda təlimlər keçirilməkdədir. Dekabr ayının sonunadək davam edəcək təlimlər Aİ tərəfindən maliyyələşdirilən və ÜST-nin icra etdiyi iki layihə – “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” və “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi ilə birgə həyata keçirilir. Bugünədək təlim kursları çərçivəsində ümumilikdə 5240, COVID-19 vaksinasiyası üzrə 1850, təməl həyat dəstəyi üzrə 3000, təkmil həyat dəstəyi üzrə 190, COVID-19 xəstələrinin stasionarda idarəedilməsi üzrə isə 200 tibb işçisi təlim keçib.

Tədbirin davamında ÜST-nin Ölkə Ofisinin layihə rəhbərləri Azərbaycanda tibb işçiləri üçün COVID-19 ilə bağlı Davamlı Peşəkar İnkişafa dəstək çərçivəsində həyata keçirilmiş tədbirlərin aralıq qiymətləndirilməsini təqdim ediblər. Səhiyyə işçilərinin Davamlı Peşəkar İnkişafına həsr olunmuş mini-simpoziumda çıxış edən türkiyəli mütəxəssislər tibb bacısı ixtisası və onun vəzifə və öhdəlikləri, səhiyyə işçilərinin təhsilindəki təməl müddəalar, tibb personalı üçün keçirilən təlim proqramlarının səmərəsi, həmçinin səhiyyə işçilərinin bacarıqlarının təkmilləşdirilməsi kimi mövzulara toxunublar.

Hande Harmancının moderatorluğu ilə keçirilən dəyirmi masada isə Azərbaycanda tibb bacısı ixtisası üzrə təhsil, onun hazırki vəziyyəti və gələcək istiqamətləri kimi məsələlər müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan da daxil olmaqla, 6 Şərq Tərəfdaşlığı ölkəsində COVID-19 pandemiyası ilə mübarizəni dəstəkləmək və gündəlik immunizasiya proqramlarını gücləndirmək məqsədilə 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı üç illik “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihəsini həyata keçirməyə başlayıb.

“Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi isə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və ÜST-nin Azərbaycandakı Nümayəndəliyi tərəfindən həyata keçirilən COVID-19 pandemiyasına qarşı mübarizəyə dəstək layihəsidir. Layihə gələcəkdə baş verə biləcək pandemiyalara qarşı dayanıqlı cavab potensialının formalaşdırılmasına yardım göstərilməsini hədəfləyir. Bu layihələr Avropa İttifaqı və ÜST-nin Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Previous Post

ÜST-ün təşkilatçılığı ilə Gəncədə konfrans keçirilib

Next Post

Azərbaycan nefti ucuzlaşıb

Bənzər yazılar

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

02 Mart 2026 - 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək...

Next Post
Azərbaycan neftinin qiyməti 78 dollara düşüb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 78 dollara düşüb

Azərbaycan nefti ucuzlaşıb

Son xəbərlər

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

05 İyun 2026 - 22:24
“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

“Neftçi”nin sabiq prezidenti Sadıq Sadıqov vəfat edib

05 İyun 2026 - 22:21
Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

Trampın xüsusi elçisi və kürəkənini Moskvada gözləyirlər

05 İyun 2026 - 22:20
Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

Rusiya lideri ABŞ-İran müharibəsindən danışıb

05 İyun 2026 - 22:18
Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

Rusiya Prezidenti: Tərəfdaşlarla əməkdaşlıq siyasi mülahizələrə tabe deyil

05 İyun 2026 - 22:17
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq

05 İyun 2026 - 21:29
Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

Xameneinin müşaviri ABŞ-yə xəbərdarlıq edib

05 İyun 2026 - 21:25
Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

Ceyhun Bayramov: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir

05 İyun 2026 - 19:28
Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

Azərbaycanda bütün ambulans parklarının yenilənməsi nəzərdə tutulub

05 İyun 2026 - 19:27
Livan şərtini açıqladı

Livan şərtini açıqladı

05 İyun 2026 - 19:26
Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

Antoniu Joze Sequru: Portuqaliyanın Bakıda səfirliyinin açılması əməkdaşlığa töhfə verəcək

05 İyun 2026 - 19:25
Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

Azad edilmiş ərazilərə köçən 10 623 nəfəri məşğulluqla təmin olunub

05 İyun 2026 - 19:22
Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

Şimali Makedoniya Prezidenti Azərbaycan liderini təbrik edib

05 İyun 2026 - 19:19
Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

Milli Məclisin komissiyası “CNN”dən Azərbaycana qarşı əsassız iddiaları sübut etməyi tələb edib

05 İyun 2026 - 19:18
ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

ABŞ Hind okeanında İranla əlaqəli neft supertankerini saxlayıb

05 İyun 2026 - 19:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.