Uqandada 3 fərqli Ebola peyvəndinin sınaqları başlayır

44

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusuna qarşı hazırlanmış 3 fərqli peyvəndin sınaqlarının epidemiyanın müşahidə olunduğu Uqandada başlayacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə ÜST-nin baş katibi Tedros Adhanom Ghebreyesus G20 Liderlər Sammiti zamanı bildirib ki, ekspertlər komitəsi 3 peyvəndin sınaqlarına başlamaq qərarına gəlib.
Uqanda səhiyyə rəsmilərinin təklifi qəbul etdiyini qeyd edən Qebreyesus, peyvəndlərin gələn həftə ölkəyə göndəriləcəyini bildirib.
Uqanda Səhiyyə Nazirliyi sınaqdan keçiriləcək peyvəndlərdən 2-nin İngiltərədə istehsal edilən Oksford peyvəndi və ABŞ-da istehsal edilən Sabin peyvəndi olduğunu açıqladı.
Uqandada indiyədək epidemiyadan 55 nəfər ölüb. Ebola virusu ilk dəfə bu il sentyabrın 19-da Uqandada 24 yaşlı bir şəxsdə aşkarlanıb.
Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola ilk dəfə 1976-cı ildə Nzara, Sudan və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində eyni vaxtda yayılıb.
Ebola 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada 30 min insan virusa yoluxub, xəstələrdən 11 mindən çoxu dünyasını dəyişib.

Şayəstə