Uqanda tarixində ilk dəfə neft hasilatına başlayır

45

Uqanda təxminən 20 il əvvəl kəşf etdiyi neft ehtiyatlarını ilk dəfə bu gün hasil etməyə başlayacaq.
Elchi.az xəbər verir ki, Uqanda Neft İdarəsi (PAU) tərəfindən verilən açıqlamada Kingfisher neft yataqlarında neft quyularında qazma işlərinə başlanacağı qeyd edilib.
Prezident Yoweri Museveni və çoxsaylı hökumət rəsmiləri istehsalın başlanğıc proqramında iştirak edəcəklər.
Ölkədə kəşf edilən iki neft yatağından biri olan Kingfisher Albert gölünün yaxınlığında yerləşir.
Uqandanın məqsədi 2025-ci ilə qədər gündə 200 min barel neft hasil etməkdir.
Çin Milli Dəniz Neft Korporasiyası (CNOOC) tərəfindən idarə olunan Kingfisher yatağından başqa, Tilenqa neft yatağı da Fransanın TotalEnergies şirkəti tərəfindən idarə olunur.
Uqanda hökuməti keçən həftə neft ehtiyatlarını Tanzaniya sahillərinə daşıyacaq Şərqi Afrika Xam Neft Boru Kəmərinin (EACOP) tikintisini təsdiqləyib.
Uqanda layihənin tamamlanmasından sonra 2025-ci ilə qədər gündə 200 min barel neft hasil etməyi hədəfləyir.
Ölkənin 2006-cı ildə aşkar edilmiş ehtiyatlarla Şərqi Afrikanın ən böyük neft ixracatçısı olacağı təxmin edilir.

Şayəstə