Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus, “Qəzzada qırğına son qoyulmalıdır”- deyib.
Elchi.az xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Qebreyesus sosial media platformasında açıqlamasında bildirib.
Qebreyesus, ÜST və Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (UNOCHA) səlahiyyətlilərinin dünən Əl-Əqsa Şəhidləri Xəstəxanasını ziyarət etdiklərini və çoxlu sayda yaralının təcili müalicə üçün gətirildiyinin şahidi olduqlarını bildirib.
Təhlükə və lazımi icazələrin olmaması səbəbindən ÜST-nin başqa bir missiyasının ləğv edildiyi Qəzzanın şimalında heç bir xəstəxananın tam fəaliyyət göstərmədiyinə diqqət çəkən Ghebreyesus, Qəzzada yalnız “bir ovuc” səhiyyə müəssisəsinin fəaliyyət göstərdiyini qeyd etdi.
Nuranə Məmmədova