Ukrayna Silahlı Qüvvələrinin (AFU) sayı 2022-ci ilin fevralından bəri üç dəfədən çox artıb – 261 min nəfərdən 800 min nəfərə qədər.
Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri təyin edilmiş Rüstəm Umerov bildirib.
“Bu gün 1 milyondan çox insan təhlükəsizlik və müdafiə sektorundadır, onlardan 800 mindən çoxu Ukrayna Silahlı Qüvvələrindədir”, – deyə Liqa nəşri onun sözlərindən sitat gətirir.
Nuranə Məmmədova