Ukraynaya kütləvi raket hücumu: 11 nəfər öldü

50

Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərinə kütləvi raket hücumu edib.

Elchi.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” məlumat yayıb.

Məlumata görə, Kiyev, Jitomir, Çerkassı, Denpropetrovsk vilayətlərinə zərbələr endirilib.

***

Rusia Silahlı Qüvvələrinin Ukraynaya raketlər və pilotsuz uçuş aparatları (PUA) vasitəsilə hücumu nəticəsində azı 11 nəfər ölüb.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.