Ukrayna: Taxıl Dəhlizi Sazişinin müddətsiz olmasını təkid edirik

60

Ukraynanın baş naziri Denis Şmıqal Taxıl Dəhlizi Sazişinin müddətsiz olmasında israr etdiklərini açıqlayıb.

Elchi.az xəbər verir ki, Ukrayna Hökumətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, baş nazir Şmiqal hökumətin iclasında Taxıl Dəhlizi Sazişi ilə bağlı qiymətləndirmələr edib.

Ukraynanın dünya ərzaq təhlükəsizliyinin əsas halqalarından biri olduğunu qeyd edən Şmiqal deyib:

“Bu səbəbdən taxıl müqaviləsinin müddətsiz və avtomatik olaraq 120 gün uzadılmasında israr edirik”.

Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) də belə bir rəftarı dəstəklədiyinə diqqət çəkən Şmiqal “Hücum edənin müqavilə müddətini qısaltmaq cəhdi daha da şantaj və qlobal qida böhranını böyütmək üçün bir manipulyasiyadır. Buna icazə verilməməlidir”,-deyə qeyd edib.

Yeganə