Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı

250

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksiy Danilov bildirib ki, Ukrayna Rusiya işğalçılarına qarşı çoxdan gözlənilən əks-hücum əməliyyatına başlamağa hazırdır.
Aleksey Danilov tarixləri açıqlamayıb, lakin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı “sabah, o biri gün və ya bir həftədən sonra” başlaya bilər.
Elchi.az xəbər verir ki, bu barədə o , BBC-yə müsahibəsində bildirib .
Danilov deyib ki, Ukrayna hərbçiləri “komandirlər müharibənin bu mərhələsində ən yaxşı nəticəni əldə edə bilərik” qənaətinə gəldikdən sonra hücuma keçəcək.
Ukrayna Silahlı Qüvvələrinin hücuma hazır olub-olmaması ilə bağlı suala Danilov belə cavab verib: “Biz hər zaman hazırıq. Necə ki, hər an ölkəmizi müdafiə etməyə hazır idik. Və bu, zaman məsələsi deyil”.
“Biz başa düşməliyik ki, Allahın ölkəmizə müstəqil böyük Avropa ölkəsi olmaq üçün verdiyi tarixi fürsəti əldən verə bilmərik… O, gözlənilən hadisələrin başlaması üçün dəqiq tarix deyə bilməyəcəyini izah edib.
“Ölkəmizin qarşısında çox məsuliyyətli vəzifə durur və biz başa düşürük ki, səhv etməyə haqqımız yoxdur”, – Danilov vurğulayıb.
Bundan əlavə, o, əks-hücumun artıq başladığı barədə təklifi rədd edib. Onun sözlərinə görə, “Rusiya idarəetmə mərkəzlərinin və Rusiya hərbi texnikasının məhv edilməsi” ötən il fevralın 24-dən Ukrayna Silahlı Qüvvələrinin vəzifəsi olub.
“Bu müharibədə bizim istirahət günlərimiz yoxdur”, – Danilov əlavə edib.
Xatırladaq ki, daha əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Mixailo Podolyak Ukrayna əks-hücumunun başladığını və bir neçə gündür ki, davam etdiyini bildirmişdi.
Sonradan o, izah etdi ki, bu xüsusi əməliyyat “birdəfəlik tədbir” deyil, bütün tədbirlər kompleksidir. Əks-hücum çoxlarının düşündüyü kimi “müəyyən bir günün müəyyən saatında” başlamayacaq.
Öz növbəsində, Ukrayna kəşfiyyatı Ukrayna ərazilərinin ruslardan azad edilməsinin fasiləsiz davam etdiyini vurğulayıb .

Nuranə Məmmədova