Gün ərzində Ukraynanın cənubunda 26 ədəd “Şahid-136” kamikadze dronu məhv edilib.
Elchi.az xəbər verir ki, bunu Ukrayna Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat deyib.
“Dünən biz bu istiqamətdə 11 kamikadze dronunun məhv edildiyini açıqlamışdı. Saat 03:30-dan səhər 7:00-a kimi isə daha 15 dron vurulub. Bununla da gün ərzində “Cənub” operativ komandanlığının məsuliyyət zonasında 26 ədəd “Şahid-136” kamikadze dronu məhv edilib. Dronların məhv edilməsinə zenit-raket bölmələri ilə yanaşı, qırıcılar da cəlb olunub”, – İqnat bildirib.
Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır
İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...





















Son şərhlər