Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin 200-dən çox hərbi əsirinin vətənə qayıtdığı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski Telegram kanalında məlumat verib.
“200-dən çox əsgərimiz və mülki vətəndaşımız Rusiya əsirliyindən geri qaytarılıb. Əsgərlər, çavuşlar, zabitlər. Silahlı qüvvələrin əsgərləri, milli qvardiya, hərbi dəniz donanması, sərhədçilər”, – deyə nəşr yazır. Zelenski qeyd edib ki, geri qayıdan hərbçilərdən bəziləri Mariupol və Azovstalı müdafiə edib.
Havar Şəfiyeva