"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Tuyqun Nadirov və limit-mimit

06 Fevral 2015 - 23:48
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Natiq Muxtarlı  natiq_muxtarli@mail.ruNatiq.M

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Azərbaycan futbolunda legioner limitiylə bağlı müzakirələr davam edir. Bir neçə gün əvvəl Klublar Komitəsinin iclasında da bu məsələ müzakirə olunub. Klub rəhbərləri limitlə bağlı fikirlərini bildiriblər.

Komanda.az limitlə bağlı təklifini ictimaiyyətin müzakirəsinə verib. Limit həddinin 11+ olmaq şərtiylə, iştirak ərizəsinə tətbiq olunmasını təklif etmişik. Klublar Komitəsinin sədri Tuyqun Nadirovun iclasdan sonra mətbuata verdiyi açıqlama bu məsələyə bir daha qayıtmağımızı labüd edir. Nadirovun açıqlamasından belə aydın olur ki, limitlə bağlı klub rəsmilərinin birmənalı mövqeyi yoxdu. Elə Nadirovun öz fikirləri də təzadlıdı.

Klub rəhbərlərinin mövqeyindən belə bəlli olur ki, onlar ümumiyyətlə limit anlayışından xəbərsizdilər. Məsələn, elə klub rəsmisi var ki, limitin 11+ olacağı təqdirdə heyətdə mütləq 11 legionerin olmasını vacib hesab edir. Gülməyin, vallah belədi.

Məsələn, “Neftçi” rəhbərliyi bəyan edir ki, limitin indiki həddə – 6+5 qalmasının tərəfdarıdı. Guya onlar yerli futbolçuların inkişafında maraqlıdılar və limit bu həddə qalacağı təqdirdə Araz Abdullayevi inkişaf etdirib, “Real”a yollayacaqlar. A bəylər, a kişilər, deyək ki, limit ümumiyyətlə ləğv edildi. Edilsin də. Sizə kim deyir ki, gedin 11 legioner gətirin? Gətirməyin, Allah xatirinə. Yenə də yerli futbolçularla oynamağa davam edin. Bunu sizə heç kim qadağan etmir. Limitin 11+ olması o demək deyil ki, bütün klublar mütləq iştirak ərizəsinə 11 legioner salmalı və onların 11-ni də start heyətində meydana buraxmalıdı. Yox ey, a kişi, vallah, belə deyil. Hər bir klubun startegiyası, gələcəyə hesablanmış planı olmalıdı. “Neftçi” bu strategiyaya yerli futbolçularla çatmaq istəyirsə, buyursun, çatsın. Heyətə legioner cəlb etməsin. Elə Arazla, Elvinlə, Raufla, Mirhüseynlə uğur qazansın, biz də alqışlayaq. Amma deyək ki, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşməyin yolunu heyətə 11 legioner cəlb etməkdə görürsə, buyursun, etsin bunu. “Limiti ləğv etmək lazımdı” deyərkən, bu startegiyanı seçən klubların qarşısındakı maneənin götürülməsini düşünürük. İndi “Bakı”nın vəzifəsi bilinməyən rəsmisi Yaşar Seyidov legioner limitinin ləğv olunmasına qarşı çıxmalıdı. Bilirsiz niyə? Çünki “Bakı” acından köpük qusur. Komandanın legioner almağa pulu yoxdu. Ona görə da saxta yerlipərəstlik edirlər, “azərbaycanlılar oynamalıdı” deyirlər. Amma pul olanda səviyyəsiz əcnəbiləri oynadırdılar. Yetişdirdiyi futbolçular da göz qabağındadı. Onların səviyyəsi Premyer Liqanın sonuncu pilləsində qərarlaşmağa yetir ancaq.

Gələk yenə də Tuyqun Nadirovun özünütəkzibinə. Deyir ki, “bu gün “Xəzər Lənkəran” çempionatda gənc heyətlə çıxış edir. Sabah avrokuboklara vəsiqə qazansaq (hərçənd belə olmayacağına əmindi), bu heyətlə gedib orda layiqincə çıxış etmək çətin olacaq”. Əla! Tuyqun Nadirov yetişdirdikləri futbolçuların səviyyəsinə bələd olduğu üçün həqiqəti deyir.
Amma görün Tuyqun bəy bundan sonra nə deyir: “Bu gün deyirik ki, legioner limiti tətbiq olunmasın. Amma nəticədə gedib səviyyəsiz legionerləri heyətə cəlb edəcəklər. Bunun nəticəsində inkişaf olmayacaq”.

Stop! Dayan! Bax, həqiqət bu fikirlərin altında yatır ey, Tuyqun bəy. Səviyyəsiz legionerləri kim gətirəcək? Təbii ki, klub rəhbərləri. İndiyə qədər də gətiriblər, bundan sonra da gətirəcəklər. Elə isə bunda limitin nə günahı var? Bu, tarixi etirafdı ey…

Azərbaycan futbolunun inkişafı limitə-mimitə bağlı deyil. Azərbaycan futbolunun inkişafı sağlam düşüncəyə, vicdanlı, ləyaqətli kadrların varlığına bağlıdı. Nə qədər ki, AFFA-da, PFL-də, klublarda “moşenniklər” kök salacaq, elə belə də olacaq. Limit 6+5 olanda da bu “moşenniklər” alver etməyin yolunu tapırdılar, sabah 11+ olsa da tapacaqlar.

Biz limitin ləğv olunmasını vicdanla fəaliyyət göstərmək istəyənlərin işini asanlaşdırmaq üçün tələb edirik. Məsələn, Qurban Qurbanov heç vaxt Qara Qarayevdən, Bədavi Hüseynovdan zəif legioneri gətirib onların yerində oynatmaz. Vallah, oynatmaz! Bunu siz də bilirsiz. O başqa məsələ ki, Azərbaycan futbolunda vicdanlı, ləyaqətli funksionerlər, mütəxəssislər azdı, lap az.

Tuyqun bəy, gəlin, yığışdıraq bu limit-mimit söhbətini. Əvvəlcə AFFA-da, PFL-də, klublarda sağlam mühit yaradılsın, vicdanlı və ləyaqətli kadrlar olsun, sonrası asandı. Lap asan! Onda limitin hansı həddə olmasına baxmayaraq, inkişaf olacaq. Mütləq olacaq. Amma AFFA-da, PFL-də, klublarda vicdanlı və ləyaqətli kadrların sayı artacaqmı? Tuyqun bəy, çətin sual oldu, hə? Başınız sağ olsun, başınızı salın aşağı, işinizdə olun. Yığışdırın bu limit-mimit söhbətini. Başımız ağrıyır ey…

Previous Post

Tuyqun Nadirov və limit-mimit

Next Post

AKP-də silah səsləri

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Son xəbərlər

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 - 15:13
Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb

11 Oktyabr 2026 - 14:52
Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

Çempionlar Liqası: “Sabah” – “Slaviya” oyununu avstriyalı baş hakim idarə edəcək

11 Oktyabr 2026 - 13:24
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb

11 Oktyabr 2026 - 13:21
Sabah yağış yağacaq

Sabah yağış yağacaq

11 Oktyabr 2026 - 13:18
Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

Nepalda daşqınlar evləri və körpüləri dağıdıb, itkin düşənlər var

11 Oktyabr 2026 - 11:15
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib

11 Oktyabr 2026 - 11:11
Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

Honkonqda meymunçiçəyinə yoluxma halları kəskin artıb

11 Oktyabr 2026 - 11:08
El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

El-Ninyonun təsiri ilə Sakit okean rekord dərəcədə istiləşib

11 Oktyabr 2026 - 11:03
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib

11 Oktyabr 2026 - 10:59
Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.