"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Türkmənçay müqaviləsi buna görə imzalanmışdı – Tarixçi

10 Fevral 2023 - 17:27
in MANŞET
FacebookVatsap

1828-ci il fevralın 9-da Təbriz yolunun üç verstliyində yerləşən kiçik Türkmənçay kəndində ikinci sülh sazişinin sonuncu iclası keçirildi. Fevral ayının 10-da “İsanın anadan olmasının 1828-ci ilində” gecə münəccimin təyin etdiyi vaxtda, saat 12:00-da barışıq paktı imzalandı. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzaladılar. Elə həmin an müqavilənin bağlanması münasibətilə rus toplarından 101 yaylım atəşi açıldı.
Elchi.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev yazıb.
Tarixçi müqavilənin əsas müddəalarının Peterburqda hazırlandığını qeyd edib:
“Onun hazırlanmasında Qafqaz ordularının komandanı olmuş Yermolov və Paskeviçin yazışmaları, hesabatları və sənədləri mühüm rol oynamışdır. Əvvəlcə 1826-cı ildə ilk müddəalar yazılmış, daha sonra Cəlaloğlu lagerində 24 may 1827-ci ildə Qriboyedov və Obresk tərəfindən əlavələr edilmişdir. Səfir A.Qriboyedov səhəri gün bu “xoş xəbər”i Rusiya paytaxtına çatdırdı və Petropavlovsk qalasından da top atəşləri açıldı. Azərbaycanın tarixində faciələrə yol açan bu müqavilənin xəbərini hökmdara çatdıran İvan Paskeviç qraf elan edildi. Türkmənçay sazişinin digər iştirakçısı, “Ağıldan bəla” komediyasının müəllifi A.Qriboyedova 4000 çervon ənam, A.Obrezkovun nişanlısına isə üç yüz minlik cehiz hədiyyə edildi.
Müqaviləyə görə, İrəvan və Naxçıvan Rusiyaya verildi, Xəzər dənizi Rusiyanın daxili dənizi hesab olundu. Bundan sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsinə başladı və buna görə xüsusi köçürülmə komitəsi yaradıldı. 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Tanınmış rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi Qafqaza köçürülməsi prosesini araşdırdıqdan sonra 1911-ci ildə yazırdı:
“Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları bura biz köçürüb gətirmişik”.
Tarixçi bu müqavilənin ləğvinə beynəlxalq hüquqla nə dərəcədə mümkün olmasına aydınlıq gətirib:
“ 1) Rusiya ərazisində yaranan Sovet Rusiyası ilə İran arasında 1921-ci ilin fevralında Moskva müqaviləsi imzalanıb. Həmin müqavilənin şərtlərinə görə, Çar Rusiyası ilə İran arasında o tarixə qədər bağlanmış bütün müqavilələr həmçinin, Türkmənçay müqaviləsi də qüvvədən düşmüş hesab edildi. Bu gün artıq Türkmənçay müqaviləsi qüvvədə deyil. Ancaq Türkmənçay müqaviləsi ilə müəyyən edilən sərhədlər başqa müqavilələrlə də təsdiqlənir.
2) 1979-cu ildə İran İslam İnqilabı nəticəsində süqut etdi. Bu zaman da yeni yaranmış İran islam Respublikası (İİR) şahlığı xələf kimi görmədi və hər şeyi sıfırdan başlamaq qərarına gəldi. Yəni İran şahlığının hüquq və öhdəlikləri İİR-a şamil olunmadı. O cümlədən, Türkmənçay müqaviləsindən də irəli gələn öhdəliklər və səlahiyyətlər. Bu isə o deməkdir ki, İran Cənubi Azərbaycanı əldə saxlamaq üçün Türkmənçay müqaviləsinə istinad edə bilməz. Çünki müqaviləni bağlayan subyektlər hüquq varisi qoymadan ləğv olunmuşdur.
3) Türkmənçay müqaviləsinin Peterburq variantında ermənilərin köçürülməsi və ümumiyyətlə, ermənilərə dair heç bir cümlə olmayıb. Müqavilənin orjinal nüsxəsi olan “1826,1827 və 1828-ci illər ərzində Paskeviç və onun yavəri Buturlin arasında gizli və hərbi yazışmalar” adlı sənəddə ermənilər haqqında bir cümləyə belə rast gəlinmir. (Л.С. Семенов, «О некоторых источниках по истории русско-персидских отношений первой третиXIX в.», «Вестник Ленингр. У-та \ 1959, У.). Müqavilənin fransız nüsxəsində də şəxsən erməni sözünə rast gəlməmişəm. Buna görə sonradan bura həm xristian əhali sözünün dəyişilərək erməni sözünün keşiş Nersesin və Qribayedovun əlavə edilərək 4-cü və 13-cü maddələr tamamilə dəyişməsini əsas gətirərək bu müqavilənin orjinal nüsxəsi ilə əks fikirlər təşkil etməsi bizə bu müqavilənin qüvvədən düşməsini yaxud yenidən baxılmasını tələb etmək haqqı verir.
4) Beynəlxalq hüquqa görə isə Türkmənçay müqaviləsi ölü müqavilə və ölü imzalara əsaslandığından hüquqi qüvvəsini çoxdan itirib. Məsələyə hüquqi varislik nöqteyi-nəzərindən baxanda Rusiyada 1917-ci ilin sosialist inqilabı həmin ildə olan burjua inqilabından fərqli olaraq özünü Rusiya İmperiyasının varisi elan etməyib. Müqavilənin hüquqi tərəfini incələdikcə məlum olur ki, İran da gərək bəzi əraziləri Azərbaycana qaytarmalı olsun. Əgər bu gün Xəzər dənizi Rusiyanın daxili dənizi hesab edilmirsə, bu məntiqlə, müqavilədə adı keçən Azərbaycan əraziləri üzərində hər iki dövlətin hüquqi sahibliyi avtomatik olaraq itirilir. Mahiyyət etibarı ilə bu iki iştirakçı dövlət yad ərazilər üzərində ancaq işğalçı statusu ilə qalmış olur.
5) İranla Rusiya arasında imzalanan Gülüstan və Tükmənçay müqavilələri Azərbaycanın işğal faktını rəsmiləşdirmək üçün imzalanıb:
“Bu müqavilələr bağlanan zaman Azərbaycan İranın tərkibində olmayıb. Azərbaycan ayrı-ayrı xanlıqlardan ibarət ölkə idi və mərkəzləşdirilmiş dövlət strukturu olmayıb. Bu hər iki müqavilə isə İranla Rusiya arasında Azərbaycanın bölüşdürülməsi xarakteri daşıyır. Sadəcə olaraq başqa bir dövlətin əraziləri iki dövlətin arasında bölüşdürülüb”.
6) Türkmənçay müqaviləsinin ləğvi ilk anda İran ərazisindəki tarixi Azərbaycan torpaqlarının müstəqilliyi məsələsini qaçılmaz olaraq aktuallaşdıracaq. Beynəlxalq hüququn “Xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipi Cənubi Azərbaycana da şamil olunur. Cənubi Azərbaycan ya bu imkandan faydalanıb müstəqilliyə qovuşacaq, ya da Türkmənçay sülh müqaviləsinin ləğvi bu prosesi sürətləndirəcək.
Amma demək olmaz ki, bu sülh müqaviləsi ləğv olunsa, Cənubi Azərbaycan dərhal müstəqil olacaq. Sadəcə onun müstəqil olmasına əsas verən amillər güclənəcək. Qeyd edim ki, bu hüquqla belə olsa da, reallıq var. Bu müqavilələrin legitimliyini itirməsi nəticəsində İrandan ayrılmalı olan Güney Azərbaycan hansı ərazilərdən və hansı hüquqi varislikdən ibarətdir sualına ilk olaraq cavab tapmalıyıq. Qacarlar xanlıq dövründən sonra Güney Azərbaycanı özlərinə birləşdirəndə Güneydə hüquqi olaraq 10-dan çox fərqli xanlıq var idi. Onlar heç biri indi yoxdur ki, Güneyin azadlığı məsələsinə hüquqi müstəvidən iddia edərək irəli çıxsınlar. Ən sona qalan Maku xanlığı idi ki, o da 1920-ci illərdə ləğv edildi. Yəni Güney məsələsinə hüquqi vərəsəlik baxımından yox, sadəcə Güneyin öz milli-azadlığı baxımından yanaşmaq doğrudur”.
Z.Əliyev onu da əlavə edib ki, Qərbdəki nəhəng dövlətlər – Fransa və İngiltərə Rusiya imperiyası və Qacar dövləti arasında Gülüstan, ardınca da Türkmənçay müqavilələri imzalanan zaman susmasının səbəbi də Şərqdə 600 illik böyük dövlətçilik ənənələrinə sahib Osmanlı imperiyası idi:
“İngiltərə və Fransa bu coğrafiyada Osmanlıdan sonra ikinci bir türk dövlətinin yaranmasını istəməzdi. Amma Qacarları da devirmək mümkün deyildi. Onlara Osmanlı və Rusiya ilə mücadilə edəcək fars dövləti lazım idi. Qacar xəndanının yıxılması prosesi buna görə müqavilələrdən sonra başlandı. Qacarlar isə o dərəcədə Avropaya inandılar ki, ölkə ərazisində türk dilinə qadağa qoydular. Beləliklə İngiltərə və Fransanın planı baş tutmuşdu. Ardından Pəhləvilərin hakimiyyətə gəlməsində də Avropa ölkələrinin rolu böyük olmuşdu. Amma Avropanın planını Pəhləvilərin amerikayönümlü olması pozdu. Buna görə 1970-ci il “Ağ inqilab” adlandırdığımız hadisələrdə mollalar hakimiyyətə gətirildilər və Qacarları zaman-zaman farslarla əvəz etmək planı işə düşdü. Nəticədə XX əsrin əvvələrindən bu günə qədər İran adlanan dövlətdə hakimiyyətə farslar rəhbərlik edirlər. Elə bu gün də İranda türklərin hakimiyyətə gətirilməsi Qərb və Rusiyanın maraqlarına xidmət etmir. Düzdür, İrana qarşı sanskiyalar və təyziqlər olsa da, bu regionda üçüncü türk dövlətinin yaradılması məqsədi güdmür. Çünki Qərb və Avropa Türkiyə kimi güclü dövlətin yenidən 600 illik bir imperiya olması qorxusunu yaşayırlar”.

Bunu da oxuyun

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Previous Post

Türkmənçay müqaviləsi buna görə imzalanmışdı – Tarixçi

Next Post

Zaxarova: “Ümid edirik ki, anti-Rusiya ehtirasları aradan qaldırılacaq”

Bənzər yazılar

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür...

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post
Zaxarova: “Ümid edirik ki, anti-Rusiya ehtirasları aradan qaldırılacaq”

Zaxarova: "Ümid edirik ki, anti-Rusiya ehtirasları aradan qaldırılacaq"

Lukaşenko: “Qiymət artımının olmaması üçün BUNDAN istifadə etməliyik”

Lukaşenko: "Qiymət artımının olmaması üçün BUNDAN istifadə etməliyik"

Son xəbərlər

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyində qanvermə aksiyası keçirilib – FOTO/VİDEO

05 Sentyabr 2026 - 12:19
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.