Türkiyənin 4 güləşçisi zəlzələ nəticəsində həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Qəhrəmanmaraşda idmançıların qaldığı binanın çökməsi səbəbindən 8 güləşçi dağıntılar altından sağ çıxarılsa da, 4 nəfərin cansız bədəni tapılıb. Bunlar Əhməd Taş, Mehmet Eskisarılı, Əli Gürsoy və Aslan Ekizdir.
Daha 4 güləşçi ilə bağlı isə hələlik məlumat yoxdur. Ərazidə xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə baş vermiş zəlzələ nəticəsində 12 873 adam həlak olub, 62 937 nəfər yaralanıb.
“Qəbələ” daha bir futbolçunu heyətinə qatıb
Transfer çalışmalarını davam etdirən “Qəbələ” klubu daha bir futbolçunu heyətinə qatıb. Elchi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat...