Türkiyə daşınmaz əmlak almaqla yaşayış icazəsi əldə etmək üçün yeni qaydalar tətbiq edib.
Elchi.az xəbər verir ki, Türkiyədə yaşayış icazəsi üçün ölkədə alınmalı olan daşınmaz əmlakın qiyməti 50-75 min dollardan 200 min dollara yüksəldilib.
Qeyd edək ki, ölkədə yaşamaq icazəsi olan 1,1 milyondan çox əcnəbi yaşayır ki, onlardan 122 mini ruslardır.
Yeni meyarlar oktyabrın 16-dan qüvvəyə minib və daşınmaz əmlak almaq yolu ilə yaşayış icazəsi almaq istəyənlərə şamil edilir./Modern.az