Türkiyədə silahlı insident: xəsarət alanlar var

76

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində silahlı insident yaşanıb.

Elchi.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər yaralanıb.

Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib.

İnsident zamanı istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb.Atışmanın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

Faktla bağlı təhqiqata başlanılıb.