Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəkləyən ölkələri tənqid edib. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, o, bu fikirləri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciəti zamanı bildirib.
Türkiyə lideri deyib ki, özlərini “demokratiyanın və insan haqlarının beşiyi” adlandıran ölkələr Qəzza zolağında baş verən qətliamı açıq şəkildə dəstəkləyir. Onun sözlərinə görə, İsrail ağlını itirib və onun hərəkətləri mümkün qədər tez dayandırılmalıdır.
Onun sözlərinə görə, indiyədək 8500 fələstinli İsrailin mülki şəxslərə, əksəriyyəti körpələrə, uşaqlara və qadınlara qarşı hücumlarının qurbanı olub.
Havar Şəfiyeva