Türkiyə MN-dən Azərbaycana təbrik

40

Türkiyə Milli Müdafiə Nazirliyi 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.
Elchi.az xəbər verir ki, nazirlik bununla bağlı rəsmi Tvitter hesabında paylaşım edib.
“34 il əvvəl qardaş Azərbaycan xalqının başlatdığı Milli Dirçəliş Günü müstəqillik hərəkatının mühüm dönüş nöqtəsi olub. 32 il sonra qardaşlarımız Qarabağda böyük zəfər qazanmış və diriliş ruhunun nə qədər canlı olduğunu göstərmişdir.
Azərbaycan türkü qardaşlarımızın 17 Noyabr – Milli Dirçəliş Gününü təbrik edirik. Hər zaman qardaşlarımızla “İki dövlət, bir millət” anlayışıyla bir və bərabər olmağa davam edəcəyik”, – paylaşımda qeyd olunub.