"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Türkiyə-İran münasibətləri: “Sıfır variantı”na çoxdan başqa rəqəmlər əlavə edilib – ŞƏRH

09 Dekabr 2015 - 18:32
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Rəsmi Tehranın Ankaraya qarşı təbii qaz kartından istifadə etməsi yeni məsələ deyil

Türkiyənin Rusiya təyyarəsini vurmasından sonra İran rəsmiləri Ankaraya qarşı çıxşılarında sərtliyi və hədənin dozasını artırıblar.

Bunun nəticəsi isə ötən gün əməli addımla müşahidə edildi. İslam Respublikası Türkiyəyə gündəlik ixrac etdiyi 28-30 milyon kubmetr təbii qazın həcmini 50-60 faiz azaltdı. Onsuz da ötən illərdə də İran müxtəlif bəhanələrlə Türkiyəyə təbii qaz verilişini hətta qışda dayandırıb. Bu baxımdan İranın davranışında qeyri-adilik görünmür.

Düzdür, Tehranın Türkiyəyə satdığı qazın ixracatının bərpa edildiyi haqda xəbərlər yayılıb. Ancaq bütün hallarda İranın bu silahdan istifadə etməyəcəyi istisna olunur. Rusiya Avropa ölkələrinə və Türkiyəyə müqavilədə nəzərdə tutulan qrafikə uyğun olaraq təbii qaz nəql edəcəyini bildirib. Görünür, İran Türkiyənin bu məsələyə həssaslığını nəzərə alaraq nəbz yoxladı.

İki ölkə arasındakı müqaviləyə əsasən, İrandan qonşu ölkəyə gündəlik 1 700 km uzunluğundakı kəmər vasitəsilə 30 milyon kubmetr həcmində təbii qaz nəql edilir. Qeyd edək ki, Türkiyəyə təbii qazın idxalının həcmi 2008-ci ildən artırılıb.

Bu arada bir məsələyə də diqqəti çəkmək istərdik. Türkiyə İrandan təbii qazın min kub metrinin 487 dollara, Rusiyadan 418 dollara, Azərbaycandan isə 340 dollara alır. Bundan başqa, Türkiyə bu yanacağa olan ehtiyacının 20 faizinin İrandan nəql etdiyi “mavi yanacağ”ın hesabına ödəyir. İslam Respublikası hasil etdiyi təbii qazın 90 faizini Türkiyəyə, 5 faizə yaxınını isə Ermənistana satır. Ermənistan isə İrandan aldığı təbii qazın min kubmetrinə 250-300 dollar ödəyir.

Türkiyə ən bahalı yanacağı bu ölkədən alır. BOTAŞ şirkəti İrandan idxal etdiyi təbii qazın qiymətinin yüksək olması ilə əlaqədar İrana qarşı Beynəlxalq Arbitraj Məhkəməsində iddia qaldırıb.

Məlumatlara əsasən, son illər BOTAŞ şirkəti İslam Respublikasından müqavilənin şərtlərinə yenidən baxıb, yanacağın qiymətinin azaldılmasını istəyir. Tərəflər arasındakı mövcud müqavilədə İran Türkiyəyə ixrac etdiyi qazın qiymətini ucuzlşadıracağı öhdəliyini də üzərinə götürüb. Ancaq ötən illər ərzində bu anlaşmaya əməl etməyib. Bundan başqa, BOTAŞ İrandan nəql edilən təbii qazın keyfiyyətindən də narazı olduğunu gizlətməyib.

İran tərəfi Türkiyəyə bu yanacağın ixracının azladılmasını “qışla əlaqədar ölkədə təbii qazın istehlakı artdığından” bu addımı atdığını bildirib. Rəsmi Tehranın bu sahə üzrə məsulu Sadiq Əkbərpur Türkiyəyə qaz ixracatını artırmaq imkanına texnik səbəbdən malik olmadıqlarını söyləyib. Bununla belə, o, iki ölkə arasında gündəlik 30 milyon kubmetr təbii qazın Türkiyəyə axıdılması ilə bağlı 25 illik müqavilənin şərtlərini yerinə yetirəcəklərini də vurğulayıb.

Əslində, İranın belə bir addım atacağı gözlənilən idi. Çünki bu ölkəyə ciddi sərmayə qoyulmasa da, atom -nüvə problemi ilə bağlı Qərblə razılaşmadan sonra belə halın baş verəcəyi ehtimalı var. Bu baxımdan Tehran hakimiyyəti qonşuları ilə münasibətdə bu sayaq addımlar atır. Qərblə əməkdaşlığı güclənəcəyi halda, İrandan buna oxşar əməllərin gözləniləcəyi ehtimalı da az deyil.

İranın Türkiyə ilə diplomatik, təbii qaz dili ilə sərt danışığı təzə məsələ də deyil. Müxtəlif vaxtlarda buna oxşar hadisələr olub. Odur ki, iki ölkənin münasibətləri ilə bağlı bəzi məqamlara diqqəti yönəltmək istərdik:

– İranla Türkiyənin fərqli siyasi-ideoloji hakimiyyət forması yaxınlaşmaqda başlıca maneədir;

– Türkiyənin Qərblə bir blokda olması Tehranın xoşuna gəlmir;

– İranda bir-birini əvəzləyən hakimiyyətlər yüz ilə yaxındır Türkiyəni yamsılayır;

– İran davamlı olaraq qonşu türk dövlətini müxtəlif bəhanələrlə təhdid edir;

– Bölgədəki böhranların həllinə tərəflərin münasibəti eyni deyil. İran Bəşşar Əsəd, Rusiya ilə bir blokdadır. Onlar Ermənistanı da özlərinə qoşurlar. Həm də bu kimi səbəblərdən Tehranla Ankaranın müttəfiqləri və hadisələrə yanaşmaları fərqlidir;

– İran bölgədə Rusiya və Bəşşar Əsədin də təəssübünü çəkir;

-Türkiyə də bölgə dövləti olduğundan onunla regional məsələlərdə rəqabət aparır;

– İran Yaxın və Orta Şərqdə hegemon olduğunu nümayiş etdirir;

– Təbii qazla bağlı təzyiqin arxasında BOTAŞ-ın iddiasını geri götürməsi dayanır;

– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın təbii qazın idxalını kəsəcəyi halda, idxalı artıracaqları alternativ mənbələr arasında İslam Respublikasının da adını çəkmişdi. Ona görə də bununla İran Türkiyəyə ixrac etdiyi təbii qazın həcmini artırmayacağı barədə Rusiyaya mesaj göndərir və s.

Bir neçə il öncə rəsmi Ankara İranı Türkiyə üçün təhlükəli dövlətlər siyahısından çıxarıb. Belə hesab edilirdi ki, bu, iki ölkə arasında münasibətlərin, əməkdaşlığın inkişafına mane olur. Hətta Ermənistan da daxil olmaqla, qonşularla münasibətdə “sıfır variantı” tətbiq edilməyə başladı. Ancaq ötən illərin təcrübəsi sübut etdi ki, Türkiyə hökumətinin bu xoşməramlı siyasətini nə Ermənistan, nə də İran düzgün dəyərləndirməyib.

Baş verənlərə əsasən demək olar ki, perspektivdə bu iki qonşu dövlətin də üz-üzə qoyulması ehtimalı az deyil. Elə təbii qazla bağlı Tehranın bu və ya başqa səbəbdən atdığı addımlar bunun göstəricisi də sayıla bilər. O da nəzərə alınmalıdır ki, Türkiyə ilə İranı birləşdirən ortaq problemlər də mövcuddur.

Beləliklə, Rusiyanın Türkiyəyə sanksiya tətbiq etməsi fonunda Ankaranın qonşusuna yönəlik siyasətinə və münasibətlərinə bir daha göz gəzdirəcəyi ehtimalı az deyil. Çünki “sıfır variantı”na çoxdan başqa rəqəmlər əlavə edilib. Axı, İran Türkiyəyə qarşı “təbii qaz silahı”ndan da istifadə etməyə başlayıb.

share-block__img

Sədrəddin İsmayılov

Previous Post

Türkiyə-İran münasibətləri: “Sıfır variantı”na çoxdan başqa rəqəmlər əlavə edilib – ŞƏRH

Next Post

Azercell “Hədsiz” tarif paketində yenilik etdi

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

Azercell “Hədsiz” tarif paketində yenilik etdi

Azercell “Hədsiz” tarif paketində yenilik etdi

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.