Ankara Qara dənizə aid olmayan ölkələrin hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçərək Qara dənizə daxil olmasının qadağan edilməsi haqqında Montrö Konvensiyasına vicdanla riayət etməyə davam etmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Qara dənizdə “regional məsuliyyət” prinsipi çərçivəsində sabitliyin və tarazlığın qorunması vacibdir və bu istiqamətdə biz Montrö Konvensiyasını diqqətlə və məsuliyyətlə yerinə yetirməyə davam edəcəyik”, – deyə Müdafiə Nazirliyi bildirib.
Bundan əvvəl NATO Türkiyəyə təzyiqi artırıb ki, ölkə Montrö Konvensiyasına əməl olunması ilə bağlı mövqeyinə yenidən baxsın.
Havar Şəfiyeva