"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Trolçu icra başçısı ilə makler dairə sədri Neftçalaya necə zülm edir?

24 Yanvar 2023 - 10:08
in CƏMİYYƏT
FacebookVatsap

Neftçalanın gənc icra başçısı Mirhəsən Seyidov geridə qalan iki il ərzində fəaliyyəti ilə heç bir rəğbət qazana bilməyib. Onun rayondakı missiyası elə fəaliyyətsizlik, narazılıq yaratmaq olub. Bununla bağlı Anaxeber.info-ya verilən məlumata görə, M. Seyidov əhalinin problemlərinin həllinə dəstək olmaq əvəzinə, mane olur. Misal üçün gələn şikayətdə deyilir ki, icra başçısı fermer təsərrüfatının inkişafına əngəl törədir. İddialara görə, fermerlər icarəyə götürdükləri torpaqlarla bağlı müqaviləni uzatmaq istədikdə müəyyən “şərtlərlə” qarşılaşırlar. Belə ki, icarə müqaviləsi bitdikdən sonra torpaq elə icarədara təklif olunmalıdır. Düzdür, təklif olunur, amma bunun “şərti” var. Bildirilir ki, torpağın hər hektarına görə 1 000 manat tələb olunur. Bu pulu vermədikdə torpaq hərraca çıxarılır və kim 1000 verirsə, ona peşkəş olunur

Bunu da oxuyun

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Dairə sədri makler rolunda

İddia olunur ki, bütün bu işlərin başında əvvəllər Neftçala rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi işləmiş, hazırda 61 saylı Dairə Seçki Komissiyasının sədri olan Zaur Kərimov dayanır. Bununla bağlı bir qrup fermerin mediaya ünvanladığı müracətdə maraqlı iddialar yer alıb. Bu məqamlardan bəzilərini Anaxeber.info olaraq sizə təqdim edirik: ”Həsənabad qəsəbə sakini İsayev Asif Əmiraslan oğlu ilə iş birliyinə girərək, rayonun müxtəlif ərazilərində ona torpaq sahələri verib gəlirin on faizinə şərik olub. Ötən il Kürağzı dövlət fond torpağında, dənizin qorunma zolağında Ələkbərov Sərvər Sərdar oğluna hektarı 70 manatdan olmaqla 250 hektar torpaq satıb. Halbu ki, həmin ərazidə Zaur Kərimovla anlaşmadığı üçün İsbat Bayramov adlı fermer haqda inzibati tədbir görülmüşdü. Bu il isə, N saylı hərbi hissənin ərazisini şumlatıraraq əkin sahəsi kimi satmaq istəyir. Torpağın icarə müqaviləsi bitən fermerlərdən 1500 manat pul alaraq torpağın qanunsuz istifadəsinə şərait yaradır. Belə fermerlərdən biri rayonun Boyat kənd sakini Z. Kərimovla bu yaxınlarda eyni qiymətə anlaşıb. Lerik obasında Tofiq adlı şəxsin əli ilə fermerlərdən qanunsuz olaraq xərac yığır. Xol qəsəbəsində isə eyni işi Z. Kərimovun Vüsal adlı adamı görür. Birinci Mayak ərazisində Rəsul adlı şəxs Zaurla anlaşaraq 300 hektar ərazini əkir. Həmin ərazinin bələdiyyə sədri Nağıyev İmamnəzər Z. Kərimovun maxinasiya ortağıdır”.

Rayon fermerlərinin sözlərinə görə Zaur Kərimov torpaq bazarlıqlarını açıq aşkar DSK binasında aparır və bütün fəaliyyətini icra başçısı ilə razılaşdırdığını bildirir. Aldığımız məlumata görə bütün bu fəaliyyəti və qanunsuzluqları ilə bağlı Z.Kərimov Mərkəzi Seçki Komissiyasına çağrılıb və onun faktik okaraq vəzifəsindən uzaqlaşdırıldığı bildirilir.

Trolçu icra başçısının makler dairə sədrinin media təşvişi 

Mətbuatda Neftçalada baş verən məmur özbaşınalığı və qanunsuzluqlar haqda ardıcıl dərc olunan ittihamlara cavab vermək əvəzinə hər iki şəxs özünü mətbuatda uğursuz təbliğ etmək yolunu tutub. Sən demə elə təyinatı anındaca prezidentdən irad eşidən gənc icra başçısı köhnə qvardiya tərəfindən qərəzli şəkildə tənqid olunurmuş. Gənclik karyerasını Ramiz Mehdiyevin ssenarisi əsasında yaradılan “İrəli” təşkilatında quran bir şəxsin belə müdafiəsi ancaq gülüş doğura bilər. Yeri gəlmişkən M.Seyidovun keçmişi ilə bağlı elə onun öz vikipediyasında əks olunan bir məlumatı Anaxeber.info olaraq diqqətinizə çatdırırıq: “OpenDemocracy azad beynəlxalq mətbuat platformasında dərc olunan yazıya əsasən, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də İrəli İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Yazıda bildirilir ki, Mərdiyevin gedişindən sonra İrəli troll fəaliyyətinə davam etdirsə də, bu işdə YAP Gənclər Birliyi üzvləri artıq onları kölgəyə salmağa başlayırlar, lakin YAP Gənclər Birliyi üzvləri də, öz növbələrində, trolliniqi İrəli üzvləri kimi peşəkarcasına apara bilmirlər”. Troll dəstəsi ilə ad çıxaran birinin bu gün rayonu necə idarə etməsi haqda isə Google axtarış sistemində kiçik gəzinti etməklə nəticə çıxarmaq olar. O ki qaldı DSK Sədri Zaur Kərimova Neftçala əhli üçün gün kimi aydındır ki, rayonda bütün torpaq məsələlərini o həll edir. Z.Kərimov nə qədər “mənim səlahiyyətimə aid deyil” desə də fermerlərlə onun torpaq danışıqları əksini göstərir. Bütün bu qanunsuzluqlar artıq Mərkəzi Seçki Komissiyasına da çatıb və Zaur Kərimovun özü ərizə yazaraq işdən çıxması tələb olunub. Bu sırada DSK Sədrinin bir torpaq məsələsində icra başçısından 8 min manat pul gizlətdiyi ortaya çıxdığından bir dayaqdan da məhrum olub.

Neftçala icra başçısını makler şəriki şantaj edir: narazılıq pik həddə

Rayondakı mənbələrdən daxil olan məlumata görə Z.Kərimov vəzifəsiz qalmaması üçün yeni axtarışlara çıxıb. Mənbənin Anaxeber.info-ya bildirdiyinə görə icra hakimiyyətində vəzifə alması üçün Z.Kərimov icra başçısı Mirhəsən Seyidova bir neçə minnətçi salıb. Bu sahədə uğur qazana bilməyən Zaur Kərimov gənc icra başçısının 2021ci ilin oktyabrında törətdiyi avtoqəzanı ört-basdır etməsi(iddiaya görə idarə etdiyi avtomobillə adam vurub hadisə yerindən qaçan başçının əməlini Z.Kərimov öz üzərinə götürüb), torpaq maklerliyinində birgə qazanclarını dilə gətirməklə şantaj yolunu tutub. Bu arada Z.Kərimovun rayondakı Sahibəzzaman məscidinə axund təyinatı, keçmişinin müxalifətlə bağlı olduğu iddia edilən Ülvi Fərzəliyevin YAP Neftçala təşkilatının başına gətirilməsinin qaranlıq məqamlar haqda atmacaları da icra başçısına “açaram sandığı, tökərəm pambığı” mesajı sayıla bilər. Rayona təyin olunduqdan sonra ümidləri boşa çıxaran və adı müxtəlif qalmaqallarda hallanan icra başçısından da rayonda ciddi narazılıq var. Bəzi məqamlarda gənc başçı həbsdə olan sələfinə rəhmət belə oxutdurur.İsmayıl Vəliyev kimi gününün çox hissəssini restoranlarda keçirən yeni icra başçısının da ilk işi özünə biznes yaratmaq olub. (İsmayıl Vəliyevin ilk işi Neftçalada yeni bazar və restoran inşa etmək olmuşdu.) Belə ki, Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirib. Mərkəzin idarəçiliyini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu aparır. (Təsadüfdənmi, yoxsa qədərdənmi, İsmayıl Vəliyev də Neftçalaya gələndə özü ilə Rüstəm adlı dostunu gətirmişdi.) Rayondakı mənbələrin məlumatına görə gənc icra başçısından narazılıq pik həddədir. Mənbənin sözlərinə görə bu yaxınlarda ölkə rəhbərinin bölgəyə səfəri gözlənilir və bu səfər zamanı narazı əhali Mirhəsən Seyidova sürpriz yaşada bilər.

P.S. Ötən ilin sentyabrında cəbhədə yaranan gərginlik zamanı şəhid olan Neftçala igidlərinin dəfni prosesində  bank kartı əməliyyatından icra başçısının kirayə qaldığı evlə bağlı müqavilə qanunsuzluğunadək növbəti yazımızda.

 

Previous Post

Trolçu icra başçısı ilə makler dairə sədri Neftçalaya necə zülm edir?

Next Post

Göyçayda əməliyyat: narkotik, silah müsadirə edildi

Bənzər yazılar

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06

Noyabrın 8-də Bakıda Zəfər Günü münasibətilə bayram konserti keçiriləcək. Elchi.az xəbər verir ki, Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin...

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd olunub. Məlumata görə, noyabrın 1-də...

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59

Respublikanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumatına əsasən noyabrın 1-də ölkə ərazisinin bəzi yerlərində...

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

Ali Məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə barədə qərar verib

31 Oktyabr 2026 - 13:19

Oktyabrın 30-da Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib. Bu barədə Elchi.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, iclasda “Cəzadan şərti...

Next Post
Göyçayda əməliyyat: narkotik, silah müsadirə edildi

Göyçayda əməliyyat: narkotik, silah müsadirə edildi

Göyçayda əməliyyat: narkotik, silah müsadirə edildi

Göyçayda əməliyyat: narkotik, silah müsadirə edildi

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.