"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Trofimçuk: “Əgər Rusiya məhv olsa…” – Müsahibə

25 Oktyabr 2016 - 10:45
in XƏBƏR LENTİ
FacebookVatsap

Rusiyalı tanınmış politoloq Qriqori Trofimçukun Axar.az-a eksklüziv müsahibəsi:

Bunu da oxuyun

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

DİN-in şəxsi heyəti Zəfər parkında olub

 

– Qərb Moskvanı Hələbdə hərbi cinayətlər törətməkdə günahlandırır və yeni sanksiyalarla hədələyir. Suriya ətrafında davam edən bu gərginliyi necə qiymətləndirirsiniz?

 

– Qərb və konkret olaraq ABŞ hazırkı şəraitdə çalışır ki, Rusiyanı Suriyanın qərb ərazilərinə sıxsın. Bununla da onlar Suriya hakimiyyətinin tərəfində vuruşmağa məcbur olan Rusiyanın həmin ərazidən heç vaxt çıxmamasına çalışırlar. Qismən buna nail olublar. Belə ki, Rusiyanın Suriya problemini bir neçə aya həll etməklə bağlı planı reallaşmayıb. Bir daha xatırladıram ki, Rusiya 30 sentyabr 2015-ci ildə dünya müharibəsinə daxil olub və indi sonu bilinməyən bu prosesin ikinci ilini yaşamaqdadır.

 

Rusiya Suriyadakı müharibədən 2016-ci il martın ortalarında bu ölkədəki missiyasının başa çatdığını və indi çoxtərəfli danışıqlar prosesinin başlamalı olduğunu deyərək çıxmağa cəhd etdi. Lakin bu baş tutmadı. Martın 15-də İŞİD üzərində qələbə elan olunandan sonra Rusiya ordusu bu müharibənin daha da dərinliyinə girdi.

 

İndi Avropa Birliyi və ABŞ Rusiyaya qarşı tamamilə yeni sanksiyalar paketi təqdim etməyi düşünür. Bu, artıq nə Donbas, nə də Krımla bağlı olacaq. Yeni sanksiyalar Suriya ilə əlaqədar tətbiq ediləcək. Taktiki məsələlərdə Qərb heç vaxt daimi təzyiqdən istifadə etmir və daha qarışıq sxemlərdən yararlanır. Ona görə də gec, ya tez bu sanksiyalar tətbiq ediləcək, amma Rusiya həmişə guya onun xoşbəxt sonluq əldə etmək üçün şansı olduğunu göstərəcək.

 

Qərblə Rusiyanın konflikti artıq yekun olaraq Avrasiya məkanının parçalanmasına, həmçinin Rusiyanın iqtisadi cəhətdən tükənən hala gətirilməsinə hədəflənib. Qərb buna nail olmaq üçün bütün imkanlarından istifadə edəcək. Bir şeyi də anlamaq lazımdır ki, Rusiya ordusu Suriyada hələ əsl döyüş aparmayıb. Ona qarşı da burada hələ heç kim döyüşməyib.

 

– Rusiya Ukraynada da döyüşür. Bir neçə gün öncə “Normand dördlüyü”nün görüşü oldu. Bu görüşdən həm xeyli əvvəl, həm də sonra bir sıra ekspertlər Donbasın artıq Qarabağ konfliktinə çevrildiyindən bəhs edirdilər. Yəni o, bundan sonra hələ uzun müddət dondurulmuş vəziyyətdə qalacaq. Postsovet məkanında isə belə konfliktlər heç də az deyil. Sizcə, Rusiya bu tip konfliktlərə baxış tərzini dəyişə bilərmi?

 

– Hazırda postsovet məkanında olan Qarabağ tipli konfliktlərdə artıq heç nəyi dəyişmək gərək deyil. Rusiya üçün ən yaxşı variant konfliktlərin açıq müharibəyə keçmədən hazırkı şəraitdə qalmasıdır. Belə ki, bu qədər müharibənin öhdəsindən bizim məkanda olan heç bir ölkə gələ bilməz. Donbasdakı konfliktə gəlincə isə bu məsələ həlledilməzdir. Burada müharibənin davam etməsindən hər iki ölkəni xilas edəcək yeganə şey konfliktin indiki kimi yarımdondurulmuş vəziyyətdə qalmasıdır. Minsk-2 razılaşması 2016-cı ildən başlayaraq reallaşmalı idi. Hazırkı axsama 2017-ci ildə də davam edə bilər.

 

Əgər Qərbə bütöv Ukrayna lazım idisə, o, müxtəlif imkanlarından yararlanmalı idi. Lakin Qərbə Rusiya və Ukraynanı bir-birinə düşmən etmək lazımdır. Hazırda bu proses uğurla reallaşdırılır. Qəribəsi odur ki, ukraynalılar bunu başa düşmürlər. Qarabağla bağlı da təxminən eyni situasiya baş verir. Belə ki, Qərbə Azərbaycanın bütövlüyü və güclü Ermənistan gərək deyil. Qarabağda ABŞ-ın Donbasdan fərqli olaraq başqa planları var. Məqsəd Qarabağdan suveren dövlət düzəltməkdir. Sadəcə olaraq, Vaşinqton hələ bilmir ki, bu məsələyə praktikada necə yanaşsın.

 

– Cənubi Qafqaz heç də yaxşı günlər yaşamır. Gürcüstanda keçirilən parlament seçkisi müxalifəti razı salmayıb və ölkədə siyasi böhranın olma təhdidi var. Neft qiymətləri Azərbaycana da təsirsiz ötüşməyib, Ermənistanda isə iqtisadi tənəzzül artıq 20 ildir davam edir. Ölkədə rusofobiya, hakimiyyətdə isə klanlararası savaş artır. Bütün bunlarla bərabər, Qarabağ konflikti də var. Rəsmi Bakının son günlər verdiyi bəyanatlarda Qarabağ məsələsi ilə heç bir dünya gücünün maraqlanmadığı, ona təzyiqlər edildiyi və Azərbaycanın öz ərazilərini heç kimə güzəştə getməyəcəyi deyilir. Kremlin son Qarabağ açıqlaması Bakıda ona qarşı da inamsızlıq yaradıb. Bir sözlə, bölgədə vəziyyət ağırdır. Bu hadisələr fonunda yaxın gələcəkdə Cənubi Qafqazda hansı proseslər baş verə bilər?

 

– Dünya əhəmiyyətli hadisələr indi Cənubi Qafqazın çox yaxınlığında dolanır. İraqın Mosul şəhəri Azərbaycan və Ermənistan sərhədindən 370 kilometr məsafədə yerləşir. Hələlik dünyanın güc mərkəzlərinin İŞİD döyüşçüləri üçün şimala, daha dəqiq desək, Cənubi Qafqaza çıxış üçün dəhliz açmaq planları yoxdur. Hələlik deyilən odur ki, on minlərlə döyüşçü Qərbə, yəni Suriyaya gedə bilər. Bu da Naxçıvan və ya İrəvandan təxminən bayaq dediyim uzaqlıqdadır.

 

Bunlar hamısı göstərir ki, müharibə və destabilizasiya artıq faktiki olaraq Qafqaza yaxınlaşıb. Artıq terrorçular üçün Qafqazda yəqin ki, lazımlı bazalar olmasından, antirusiya və digər əhval-ruhiyyədən danışmağa dəyməz.

 

Ona görə də Cənubi Qafqazın hələ başının qarışıq olduğu seçkilər və partiyalar bir azdan heç bir əhəmiyyət kəsb etməyəcək. Belə ki, nizam üçün olan mümkün təhdid bütün adət edilən mövzuların müzakirəsini üstələyəcək. Fikirləşmək lazım deyil ki, Qərbin Qafqazla bağlı olan enerji layihələri ona gərək olduğu üçün Avropa buna getməyəcək. Məsələn, Liviyada artıq uzun müddətdir heç bir nizam yoxdur, amma enerji və nəqliyyat sxemləri fasiləsiz fəaliyyət göstərir.

 

– Rusiya iqtisadiyyatında durğunluğun daha 20 il davam edəcəyi barədə rəylər səslənir. Qərbdə hesab edirlər ki, sadə rusların vəziyyəti pisləşsə, onlar küçələrə çıxacaqlar və bu etirazlar özünü, xüsusilə, Şimali Qafqaz, Tatarıstan, Uzaq Şərqdə göstərəcək. İqtisadiyyatdakı durğunluq Rusiyanın təhlükəsizliyinə təsir edəcəkmi?

 

– Rusiya daxilində stabillik üçün əsas problem burada SSRİ dönəmindəki həyatı gözəl xatırlayan on milyonlarla insanın olmasıdır. Bundan sonra iqtisadi situasiyanın pisləşməsi zamanı onlar birbaşa sual qoyacaqlar ki, niyə məmurlar və oliqarxlar belə ağır tarixi dövrdə bizimlə eyni həcmdə yük çəkmirlər?

 

Bu zaman açıq küçə mitinqlərini görmək mümkün olmayacaq. Ona görə ki, belə bir prosesi aparmaq üçün yeni siyasi qüvvə lazımdır, o isə Rusiyada yoxdur. Bu, çox pisdir. Belə olan halda biz avtomatik olaraq Rusiyanın yaranmış vəziyyətdən çıxış yolunun olmadığını deyə bilərik. Ona görə də hökumət tərəfindən bəyan edilən uzunmüddətli durğunluq sadəcə ölkəni məhv edə bilər.

 

Bu cür şəraitin qarşısını almaq olar. Bayaq dediyim kimi, bunun üçün bütün böhran dövründə məmurlar gərək xalq kimi sərt şəkildə eyni gəlirə sahib olsunlar. Məsuliyyətli dövlət nümayəndəsi böhranla mübarizəyə ailəsinin və özünün sabah yeməyə heç nəyi olmadığını görəndə başlayacaq.

 

Əgər Rusiyada situasiya kəskin şəkildə pisləşsə, bu, onun qonşularına da dərhal təsir edəcək. Obrazlı şəkildə desək, əsgər sabah Rusiya olmasa, o zaman həmin günün axşamına qədər onu əhatəyə alan ölkələrin çoxu olmayacaq. Ona görə də Rusiyanın gələcəyi avtomatik olaraq onu əhatəyə alan məkanın da gələcəyini həll edir.

 

Previous Post

Trofimçuk: “Əgər Rusiya məhv olsa…” – Müsahibə

Next Post

Yol təsərrüfatına 593 min ziyan dəyib

Bənzər yazılar

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39

Müdafiə naziri Zakir Həsənov, onun müavinləri və rəhbər şəxslər Zəfər abidəsini ziyarət ediblər. Elchi.az xəbər verir ki, nazirlik əməkdaşları xatirə...

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38

Türkiyənin Adana vilayətində sərnişin avtobusu yeraltı keçidin divarına çırpılıb. Elchi.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər...

DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37

Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti Zəfər parkında olub. Elchi.az xəbər verir ki, DİN əməkdaşları 44 günlük Vətən müharibəsində ölkənin...

Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36

Lerik rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu...

Next Post

Yol təsərrüfatına 593 min ziyan dəyib

Yol təsərrüfatına 593 min ziyan dəyib

Son xəbərlər

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

FHN-in kollektivi Zəfər parkını ziyarət edib

27 Sentyabr 2026 - 16:21
Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

Azərbaycan investisiya gücü ilə yeni mərhələdə

27 Sentyabr 2026 - 15:25
İki böyük panda Çindən ABŞ-yə aparılıb

İki böyük panda Çindən ABŞ-yə aparılıb

27 Sentyabr 2026 - 11:41
Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

Müdafiə naziri və müavinləri Zəfər abidəsini ziyarət ediblər

27 Sentyabr 2026 - 11:39
Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

Adanada sərnişin avtobusu qəzaya uğrayıb, 10-dan çox şəxs xəsarət alıb

27 Sentyabr 2026 - 11:38
DİN-in şəxsi heyəti Zəfər parkında olub

DİN-in şəxsi heyəti Zəfər parkında olub

27 Sentyabr 2026 - 11:37
Lerik rayonunda zəlzələ olub

Lerik rayonunda zəlzələ olub

27 Sentyabr 2026 - 11:36
Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

Əraqçi: Hörmüz boğazının açılması şərtlərin yerinə yetirilməsindən asılıdır

27 Sentyabr 2026 - 10:49
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

27 Sentyabr 2026 - 10:46
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr 2026 - 10:31
İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

27 Sentyabr 2026 - 10:29
Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.