Trampın hakimiyyətə qayıdışı nə ilə nəticələnəcək?

96

Almaniyanın xarici işlər naziri Annalena Barbok bildirib ki, Avropa 2024-cü il prezident seçkilərindən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyətə qayıdışına 2016-cı ilə nisbətən daha yaxşı hazır olacaq. Elchi.az xəbər verir ki, o, bu barədə “Bloomberg”ə müsahibəsində danışıb.

“O zaman Avropada çətin ki, heç kim ağlına belə gətirə bilməzdi ki, Avropalıların həyat sığortası olan NATO-nu şübhə altına alan ABŞ prezidenti olacaq. Keçmişdə baş verən bir çox şeylər bizim üçün tam şok idi”, – deyə XİN rəhbəri bildirib.

Qeyd edək ki, o, BMT Baş Assambleyası ərəfəsində ABŞ-a səfərindən də danışıb. Xüsusilə, siyasətçi Vaşinqton və Ostin şəhərlərində olub, burada Respublikaçılar Partiyasının nümayəndələri ilə görüşlər keçirib. O, Trampın prezidentliyinin niyə Avropa üçün problem olduğunu izah edib və həmçinin onun Ukraynaya davamlı dəstəyinə ümid etdiyini bildirib.

Havar Şəfiyeva