Tramp cinayət işi açılsa da prezident seçkilərində iştirak edəcək

54

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, Ağ Ev sənədləri və 2020-ci il seçkilərində saxtakarlıq iddiası ilə bağlı istintaq çərçivəsində cinayət işi açılsa belə, 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyə davam edəcək.

Elchi.az xəbər verir ki, Tramp Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) mətbuat konfransında keçmiş “Fox News” müxbiri Ceyms Rozenə cavab olaraq belə söyləyib.

Tramp ABŞ prezidentliyinə namizədliyini noyabr ayında respublikaçıların bir sıra mühüm aralıq seçkilərində uduzmasından bir həftə sonra açıqlamışdı. Bu yaxınlarda keçirilən sorğu göstərib ki, bir çoxları tərəfindən Trampın əsas rəqibi hesab edilən Florida qubernatoru Ron DeSantis prezidentliyə namizəd olacağı təqdirdə onu məğlub edəcək.

Trampın kampaniyası Ədliyyə Departamentinin Ağ Evdən 3000-ə yaxın sənədin ələ keçirilməsi və 2020-ci il seçkilərinə mümkün müdaxilə ilə bağlı davam edən təhqiqatı fonunda baş verir. Sentyabrda FTB Trampın Mar-a-Laqo mülkündən təxminən 200 min səhifəlik sənədləri ələ keçirib.

Yeganə