“ABŞ prezidenti Co Bayden administrasiyası öz siyasəti ilə dünyanı cəhənnəmə çevirib, ölkəni qan tökülməsinə aparır”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib.
Trampın bəyanatında deyilir: “Co Bayden Əfqanıstanda Amerika ləyaqətini tərk etdiyi gündən dünya cəhənnəmə çevrilib, çünki hamı Ağ Evin sahibinin zəif, bacarıqsız və korrupsioner olduğunu bilir”.
Trampın sözlərinə görə, Bayden öz hərəkətləri ilə ABŞ-ın düşmənlərinə xaos və terror törətmək üçün cəsarət və fürsət verib, nəticədə Yaxın Şərqdəki Amerika bazasına hücum bu yaxınlarda baş verib:
“Co Bayden ölkəmizi birbaşa III Dünya Müharibəsinə, qan tökülməsinə aparır”.
Administrasiya daha qiymətli Amerika həyatı məhv edilməzdən əvvəl hazırkı prezidenti təhlükəsizlik üçün qovmalıdır”.
Yeganə