Tramp Baydenin başına gələcəklərdən danışdı

88

ABŞ-ın keçmiş prezidenti Donald Tramp respublikaçıların hakimiyyətə gələcəyi təqdirdə prezident Co Baydenin başına nə gələcəyini deyib.

Elchi.az bu barədə Reuters.com-a istinadən xəbər verir.

Siyasətçi ona qarşı irəli sürülən ittihamları yalan adlandırıb. Baydenin impiçmentindən danışan aparıcı Megyn Kelly ilə söhbətində Tramp, demokratların ona eyni hərəkətləri edəcəklərini söylədi.

“Düşünürəm ki, bir müddət sonra respublikaçıların hakimiyyətə gələndə nə edəcəyini görəcəksiniz”,-deyə Tramp bildirib.

Tramp seçkilərə qatılacağını, ittihamlardan və həbsdən qorxmadığını açıqlayıb:”Çünki cəhənnəmə gedən ölkəni xilas etmək istəyirəm”.

Yeganə