ABŞ-ın keçmiş prezidenti Donald Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ilə söhbətində bəyan edib ki, Avropa İttifaqı (Aİ) hərbi hücuma məruz qalacağı təqdirdə ona kömək etmək istəmir. Elchi.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Fransanın Avropa komissarı Tyeri Bretona istinadən məlumat yayıb.
Breton, Trampın 2020-ci ildə Davosda Dünya İqtisadi Forumunda fon der Leyen ilə söhbəti zamanı deyib: “Siz başa düşməlisiniz ki, Avropaya hücum edilərsə, biz heç vaxt sizə kömək etməyə və sizi dəstəkləməyə gəlməyəcəyik”.
Bretonun sözlərinə görə, keçmiş amerikalı lider həmçinin əlavə edib ki, Aİ ölkələri ona 400 milyard dollar borcludurlar, çünki almanlar müdafiə üçün ödəməli olduqlarını ödəməyiblər.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obama Trampın mümkün seçki qələbəsindən narahatlığını ifadə edib.
Havar Şəfiyeva