“Tesla”dan REKORD gəlir

31

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın gəliri ötən ilin son rübündə 3,7 milyard dollar xalis mənfəətlə rekord səviyyəyə – 24,3 milyard dollara çatıb.

Elchi.az xəbər verir ki, “Tesla” 2022-ci ilin oktyabr-dekabr ayları üçün balans hesabatını açıqlayıb.

Müvafiq olaraq, şirkətin gəliri ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 37 faiz artaraq 24,3 milyard dollara çatıb. “Tesla” 2021-ci ilin dördüncü rübündə 17,7 milyard dollar gəlir əldə edib.

Bu dövrdə rekord səviyyəyə çatan “Tesla”nın gəliri 24,2 milyard dollarlıq bazar gözləntilərini üstələyib. Şirkətin gəliri illik müqayisədə 51 faiz artaraq 2022-ci ildə 81,5 milyard dollara çatıb.

Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti də ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 59 faiz artaraq rekord səviyyəyə – 3,7 milyard dollara çatıb. “Tesla”nın xalis mənfəəti 2021-ci ilin son rübündə 2,3 milyard dollar olub. Şirkətin 2021-ci ilin dördüncü rübündə 0,68 dollar olan səhm üzrə qazancı da keçən ilin eyni dövründə 1,07 dollara yüksəlib.

Qeyd edək ki, “Tesla” 2022-ci ildə dünya üzrə 1 milyon 313 min 851 avtomobil tədarük edib. Şirkətdən verilən açıqlamada, keçən ilin son rübünün və 2022-ci ilin yeni rekordların qırıldığı dövrlər olduğu bildirilib.

Şirkətin verdiyi bəyanatda deyilir:

“2023-cü ilə girdiyimiz zaman qeyri-müəyyən makroiqtisadi mühitin qısamüddətli təsiri ilə bağlı sual işarələrinin olduğunu bilirik. “Tesla” komandası çətinliklərə öyrəşib və yaxın perspektivdə şirkətin xərclərinin azaldılması, yol xəritəsinin sürətləndirilməsi və daha yüksək istehsal nisbətlərinə doğru irəliləməsi nəzərdə tutulur.

Biz istənilən ssenaridə muxtariyyət, elektrikləşdirmə və enerji həllərinin uzunmüddətli potensialına diqqət yetirərkən qısamüddətli qeyri-müəyyənliyə hazırıq”.

Yeganə