ABŞ-da yerləşən elektrikli avtomobil istehsalçısı Tesla, Qırmızı dənizdə gəmilərə edilən hücumların tədarük zəncirinə təsir göstərməsi səbəbindən Berlindəki fabrikində istehsalı iki həftə dayandırmaq qərarına gəldiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Tesla tərəfindən edilən açıqlamada Qırmızı dənizdəki silahlı qarşıdurmaların və bunun nəticəsində Ümid burnu üzərindən Avropa ilə Asiya arasındakı gəmiçilik marşrutlarının dəyişməsinin tədarük zəncirində əks olunduğu və bunun Almaniyadakı istehsala təsir etdiyi bildirilib.
Uzadılmış daşınma müddətlərinin tədarük zəncirlərində boşluq yaratdığına diqqət çəkən açıqlamada, “Yanvarın 29-dan fevralın 11-nə qədər bir neçə bölgə istisna olmaqla, Berlin-Brandenburqdakı Gigafactory-də çatışmayan komponentlər səbəbindən avtomobil istehsalını dayandırmaq məcburiyyətindəyik. Fevralın 12-dən etibarən istehsal tam olaraq davam edəcək”. ifadəsi işlədib.
Şayəstə Hüseynova